Olland Əliyevlə Sərkisyanı Qarabağa görə Parisə dəvət etdi
13-05-2014, 22:05
Oxunub: 4 555
“Mən erməni iqtisadiyyatının çətinliklərini bilirəm - sərhədlər bağlıdır və Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb.
Fransa Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların bərpasına dəstək verməyə və etimad tədbirlərinin möhkəmləndirilməsi yollarının axtarışı üçün Azərbaycan və Ermənistan prezidentlərini qəbul etməyə hazırdır.
Bu barədə prezident Fransua Olland İrəvanda erməni həmkarı Serj Sərkisyanla keçirdiyi brifinqdə bildirib.
F.Olland xatırladıb ki, atəşkəs razılaşmasının əldə olunmasından artıq 20 il keçib, ancaq münaqişə hələ də həllini tapmayıb. O deyib ki, onun əvvəlcə Bakıya, daha sonra İrəvana etdiyi səfərdə də başlıca məqsəd Qarabağ münaqişəsinin həllinə dəstək verməkdir.
Fransa prezidenti bu məsələni hər iki ölkə prezidentləri ilə ətraflı müzakirə etdiyini, Dağlıq Qarabağ münaqişəsinin Ermənistanın iqtisadi inkişafını necə əngəllədiyini bildiyini deyib.
“Mən erməni iqtisadiyyatının çətinliklərini bilirəm - sərhədlər bağlıdır və Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb. İqtisadi problemlərin həllinə mane olan siyasi məsələləri həll etmək lazımdır” - deyə F.Olland bildirib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər