BolgeXeber.Com » Siyasət » Aydın Mirzəzadə hakimiyyəti pis vəziyyətdə qoydu

Aydın Mirzəzadə hakimiyyəti pis vəziyyətdə qoydu

16-05-2014, 11:00
Oxunub: 4 794 Əli Kərimlini «izləmə əməliyyatı»nı özünəməxsus şəkildə şərh edən YAP-çı deputat Ilham Əliyevi hədəfə gətirdi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin izlənməsi ilə bağlı Meydan TV-nin videosüjeti hakimiyyəti çıxılmaz vəziyyətə salıb. Qeyd edək ki, bu videosüjetdə Əli Kərimlinin izlənməsi anbaan əks olunur. Bununla da hakimiyyətin AXCP sədrinə qarşı anti-konstitusion addımlarından biri də növbəti dəfə sübut olunur.

Hakimiyyət isə vəziyyətdən çıxmaq üçün diqqəti əsas məsələdən yayındırmağa çalışır. Məsələn, YAP-çı deputat Aydın Mirzəzadə azvision.az-a Əli Kərimliyə qarşı izləmə əməliyyatından diqqəti yayındıraraq AXCP sədrinin avtomobilindən və mühafizəçilərindən danışır. O, Əli Kərimlinin hansı pula mühafizəçi saxladığını və bahalı maşında gəzdiyini sual edir. AXCP sədri dəfələrlə maşın məsələsinə aydınlıq gətirib. Bu maşının kreditdə olduğunu artıq bilməyən yoxdur. Yeri gəlmişkən, bu maşın məsələn, Aydın Mirzəzadənin həmkarı Elton Məmmədovun oğlu Aynar Məmmədovun ən ucuz maşınından dəfələrlə ucuzdur. Mühafizəçilərə gəlincə, bu şəxslər AXCP üzvüdür. Və heç bir təmənna güdmədən liderlərinin təhlükəsizliyini qoruyurlar. Indisə bizim Aydın Mirzəzadəyə suallırımız var: Maaşı ayda 15 min manat olan ölkə başçısı Ilham Əliyev oğluna Dubayda 75 milyon dollar dəyərində olan villaları hansı pula alıb? Hakim ailənin adına olan iri şirkətlər hansı pulla qurulub? Aylıq maaşları 1500-2000 manat civarında olan Kəmaləddin Heydərov, Rövnəq Abdullayev, Ziya Məmmədov və digər oliqarxlar dəyəri milyonlarla manatla ölçülən villaları hansı pulla inşa etdirib? Yenə də bu oliqarxlara məxsus dəyəri milyonlarla ölçülən otellər (“Kempenski”, “Exselsior”(Kəmaləddin Heydərov), “Meridian” (Ziya Məmmədov), “Şamaxı Palace Platinium”, “Relax”(Rövnəq Abdullayev) hansı pulla tikilib? Elton Məmmədov oğlanlarına bahalı maşınları hansı pulla alıb? Nazirlər və hökumətyönlü deputatlar şadlıq saraylarını aldıqları maaşlamı tikib? Aydın Mirzəzadə cavab verə bilirsə, hələlik bu suallara cavab versin, sonra yenə suallarımız olacaq.