Sabunçunun icra başçısı nədə ittiham olunur?
16-05-2014, 19:20
Oxunub: 5 656
Sabunçunun icra başçısı fırıldaqçılıqda ittiham olunur
Sabunçu rayonundan pia.az-a daxil olan şikayət məktubunda göstərilir ki, rayon icra başçısı Adil Vəliyev martın 29-da Balaxanı qəsəbəsi sakinləri ilə görüşdə verdiyi sözə hələki əməl etməyib.
Xatırladaq ki, ay yarım əvvəl Balaxanı sakinləri qəsəbədə yolların bərbad gündə olması, kanalzasiya xəttlərinin olmaması, həmçinin sakinlərdən bəzi sənədləri almaq üçün icra orqanları işçiləri tərəfindən rüşvət tələb edilməsinə etiraz olaraq qəsəbəyə gedən yolu bağlamaqla etiraz aksiyası keçirmişdilər. Sakinlərin etirazından sonra rayon icra başçısı Adil Vəliyev Balaxanı qəsəbəsində vətəndaşlarla görüşərək vətəndaşların qaldırdıqları əsas problemlərin həlli istiqamətində işlər görəcəyini söz vermişdi.
Şikayətçilər bildirir ki, Sabunçu rayon icra hakimyyətinin nəzdində olan təşkilatlar yenə də vətəndaşlardan arayış və yaxud başqa sənədlər üçün rüşvət tələb edirlər. Bildirilir ki, Adil Vəliyevin verdiyi sözdən heç bir idarə müəssisə rəhbəri nəticə çıxartmayıb. Əgər çıxartsaydılar vətəndaşlardan ən adi arayış üçün belə rüşvət tələb etməzdilər.
Bundan başqa şikayətçilər bildirirlər ki, onlar yaxın vaxtlarda Balaxanı qəsəbəsinin yollarının təmiri və kanalzasiya xətlərinin çəkilməsi məsələsinin öz həllini tapa biləcəyinə ümid etmirlər. Çünki ötən müddət ərzində Sabunçu rayon icra hakimiyyəti bu layihələrin təsdiqini belə həyata keçirməyiblər.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər