Beyləqan YAP-da Rəbiyyət Aslanov fırtınası
17-05-2014, 12:20
Oxunub: 5 193
YAP rayon təşkilatı sədri Aslanovlara görə iqtidarın "qara siyahısına" düşdü.
Hakimiyyətdaxili "nurçu ovu” yeni fazaya daxil olur. Əvvəllər Türkiyə siyasəti və birbaşa qardaş ölkənin Baş Naziri Rəcəb Təyyub Ərdoğanın maraqları ilə əlaqələndirilən bu proses artıq fərqli yön alıb. Hadisələrin gedişatı onu göstərir ki, məsələ Fətullah Gülənlə və ya digər bir təriqət rəhbəri ilə əlaqədən daha çox hakim komanda daxilindəki qrupların mübarizəsi ilə bağlıdır.
Aldığımız məlumata görə rəsmi vəzifəlilər arasındakı "ələnmə” YAP sıralarına keçir. Belə ki, hədəfə alınan komandanın YAP-dakı nümayəndələrinin siyahısı tərtib olunur. Əldə olunan məlumata görə "vurulmuş” Elnur Aslanov müxtəlif vasitələrlə hakim partiyaya kadrlar yerləşdirib. Həmin kadrlar üzərində incələnmə aparılır. azerinews.tv-yə daxil olan məlumatda bildirilir ki, hazırda YAP Beyləqan rayon təşkilatı ilə bağlı dosye hazırlanıb və bu qurumun rəhbəri ilə bağlı tədbirlər görüləcək. Mənbənin sözlərinə görə YAP Beyləqan rayon təşkilatının sədri Rəfael Pəsiyevin PA rəsmisi, Elnur Aslanovun anası Rəbiyyət Aslanovanın hər zaman himayə etdiyi şəxs kimi hədəfə gəlib.
Onu da bildirək ki, R.Pəsiyev Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin müdiridir. Rayondan daxil olan məlumatlar onu göstərir ki, o Beyləqanın yarıdan çox ərazisini zəbt edərək öz əsabələrinin istifadəsinə verib. Bununla bağlı çoxsaylı şikayətlər olsa da öz himayədarı sayəsində rayonun baş YAP-çısı toxunulmaz qalıb. R. Pəsiyev hər yerdə çəkinmədən bildirir ki, çox yüksək səviyyədə qorunur. Bu səbəbdən "qara siyahı”ya düşməsi məmur üçün digər problemlər də yarada bilər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər