Steynar Gil mediaya basqıları pislədi
25-10-2011, 13:40
Oxunub: 5 988
"Qəzetlərin bağlanması və jurnalistlərin təqibi antidemokratik rejimlərin göstəricisidir"
"Yeni Müsavat"ın əməkdaşı qəzetlərə qarşı yönələn son məhkəmə iddiaları ilə bagli Norveçin keçmiş səfiri Steynar Gildən açıqlama alıb. S.Gil verdiyi açıqlamada bildirib ki, Azərbaycandakı dostlarından gələn xəbərlər onu göstərir ki, 2006-cı ildə Azərbaycanı tərk etdiyindən bəri ölkədə heç nə dəyişməyib: "Hətta vəziyyət daha da pisləşib. Vəzifəli şəxslərin tənqid olunduqlarına görə mətbuat orqanlarından kompensasiya tələb etmək barədə düşünmələri belə tamamilə absurd və gülüncdür. Avropa Şurasının üzvü olan bir ölkədə mətbuata təzyiqlərin baş verdiyini düşünmək çox çətindir. Mətbuat azadlığı demokratiyanın təməl daşıdır".
Steynar Gil bildirib ki, qəzetlərin bağlanması və jurnalistlərin təqibi antidemokratik rejimlərin göstəricisidir: "Dediklərim istənilən demokratik düşüncəli insanın mövqeyini ifadə edir. Qorxuram ki, mən və mənimlə eyni düşüncədə olan insanların dediklərinə baxmayaraq, Azərbaycanda qəzetləri və jurnalistləri məhkəmələrə sürükləyən insanların düşüncəsi dəyişməsin. Amma nəticə bundan ibarətdir ki, gec-tez başqa dəyişikliklər baş verəcək”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər