YAP İranda Azərbaycan əleyhinə keçirilən konfransı pisləyib
25-10-2011, 14:00
Oxunub: 6 210
“İran tərəfindən Azərbaycana qarşı hər hansı təhdidlərin, Azərbaycan dövlətçiliyinə qarşı hörmətsizliyin ifadə olunmasını hər bir azərbaycanlı qətiyyətlə pisləyir”.
Bolgexeber.com-un məlumatına görə, bunu jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov deyib.
“Tehran yaxınlığında belə bir konfransın təşkil olunması bütövlükdə mahiyyət etibarilə düzgün deyil. Bu tədbirin iki dövlət arasında qonşuluq münasibətlərinə uyğun gəlmədiyini, münasibətlərə kölgə saldığını, zərbə vurduğunu qeyd etmək istəyirəm. İran və Azərbaycan arasında qonşuluq münasibətləri elə bir səviyyədədir ki, bu ölkələrdən heç biri digərinin daxili işlərinə qarışmaq niyyətində olmamalıdır”, - Əli Əhmədov bildirib.
Onun sözlərinə görə, tədbirdə səsləndirilən bəzi fikrləri, təhdidləri Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndirmək olar. Bu da yolverilməzdir.
İranın Qum şəhərində İslam ölkələrindən olan tələbə və ruhanilərin iştirakı ilə “Azərbaycan Respublikasında İslami oyanışa dayaq və islamofobiya siyasətlərinin məhkum edilməsi” adlı konfrans keçirilib. Konfransda Azərbaycan əleyhinə fikirlər səsləndirilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər