BolgeXeber.Com » Siyasət » İlham Əliyev Yəmən prezidentini təbrik etdi

İlham Əliyev Yəmən prezidentini təbrik etdi

21-05-2014, 19:35
Oxunub: 5 334 Azərbaycan prezidenti İlham Əliyev Yəmən Respublikasının prezidenti Abdurabbih Mənsur Hadini ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

Dövət başçısının məktubunda deyilir:“Hörmətli cənab prezident, Yəmən Respublikasının milli bayramı – Yəmən birliyi günü münasibətilə sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Yəmən arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcək. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yəmən xalqına sülh və firavanlıq arzulayıram”.


BOLGEXEBER.COM