Prezident İlham Əliyevdən kim üzr istədi?!
27-10-2011, 11:35
Oxunub: 2 287
Diplomat Moldova tərəfindən həqiqətən də Ermənistana 3 milyon dollar dəyərində silah satıldığını təsdiqləyib və bu faktı səhv siyasi addım adlandırıb
Moldova Ermənistana silah satdığı üçün Azərbaycandan üzr istəyib. Məlumata görə, Varşavada keçirilən Şərt Tərəfdaşlığı sammiti çərçivəsində Moldovanın baş naziri Vlad Filat Azərbaycanın dövlət başçısı İlham Əliyevə öz üzürxahlığını çatdırıb. "Bolgexeber"-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Moldavanın Azərbaycandakı səfiri İqor Bodyu verib.
Diplomat Moldova tərəfindən həqiqətən də Ermənistana 3 milyon dollar dəyərində silah satıldığını təsdiqləyib və bu faktı səhv siyasi addım adlandırıb. "Düzdür, Ermənistana silah satışının qadağan edilməsi ilə bağlı beynəlxalq sanksiya yoxdur", deyə səfir qeyd edib.
Bodyu həmçinin Azərbaycan və Moldovanın ittifaq münasibətləri olduğunu da vurğulayıb.
"Hər iki dövlət GUAM üzvüdür. Biz ümid edirk ki, bu fakt münasibətlərimizə ziyan vurmayacaq. Artıq Moldovada parlament və təhlükəsizlik şurası komissiyası yaradılıb. Bu iki komissiya baş verən insidenti araşdırır. Bir daha qeyd edirəm ki, bu yalnış siyasi gediş idi".
Çox Oxunanlar
- 17-05-2022, 11:26 : Salyan İcra Hakimiyyətinin başçısı Xıdırlı kəndində əhali ilə səyyar görüş keçirmişdir
Ölkə
- 12-05-2022, 09:43 : Düşmən Kəlbəcəri atəşə tutdu
Ölkə
- 13-05-2022, 09:46 : Əsəbi sakitləşdirən 12 qida - Hər gün üçünü yeyin
Xəbərlər
- 27-04-2022, 19:14 : Yardımlıda ŞOK HADİSƏ: Məktəb direktoru gözdən əlil şagirdi döyüb ağır xəsarətlər yetirdi
Xəbərlər
- 19-05-2022, 16:22 : Hacıqabul rayon Heydər Əliyev Mərkəzininin əməkdaşları Şirvanda olmuşlar
Mədəniyyət
- 17-05-2022, 14:06 : Mədəniyyət Nazirliyindən YENİ QADAĞA – Bunlardan istifadə etmək olmaz!-VİDEO
Xəbərlər
- 6-05-2022, 14:30 : “Eurohome”un fəaliyyəti məhdudlaşdırıldı - FOTO/VİDEO
Ölkə
- 27-04-2022, 19:02 : Bakı şəhərinə yeni prokuror təyin edilib
Xəbərlər
- 12-05-2022, 19:10 : Azərbaycanda topuq testinin tətbiqinə başlanılıb
Xəbərlər
- 12-05-2022, 14:58 : Azərbaycandakı dəhşətli qəza ilə bağlı - Rəsmi açıqlama
Ölkə