BolgeXeber.Com » Siyasət » İlham Əliyev İsveçrə prezidenti ilə görüşdü

İlham Əliyev İsveçrə prezidenti ilə görüşdü

2-06-2014, 11:50
Oxunub: 4 380 Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının prezidenti Didye Burkhalterin təkbətək görüşü olub.

Bolgexeber.com Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, rəsmi qarşılanma mərasimindən sonra baş tutan görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Qarşılıqlı görüşlərin və səfərlərin əhəmiyyəti qeyd edilib.

Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın və qarşılıqlı investisiya qoyuluşunun daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

İsveçrə Konfederasiyasının prezidenti Didye Burkhalterin Azərbaycana rəsmi səfərinin ikitərəfli münasibətlərin genişlənməsi baxımından əhəmiyyəti vurğulanıb.