Ştrosserin səfəri baş tutmadı
28-10-2011, 16:05
Oxunub: 2 308
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrosserin Azərbaycana səfəri təxirə salınıb.
Bu barədə APA-ya K. Ştrosserin ofisindən məlumat verilib. Ofisdən bildirilib ki, viza məsələsi həllini tapmadığından məruzəçi səfərini təxirə salmalı olub.
“Ştrosser növbəti həftə Azərbaycana gəlməyi planlaşdırırdı. Viza almaq üçün lazımi sənədlər Azərbaycanın Almaniyadakı səfirliyinə təqdim edilsə də, gözlədiyimiz müddətdə cavab ala bilmədik. Bu səbəbdən Ştrosser səfərini təxirə salmaq məcburiyyətində qaldı”, - deyə ofisdən bildirilib.
Məsələyə aydınlıq gətirən Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev isə APA-ya bildirib ki, Azərbaycan məruzəçinin bu mandatda ölkəmizə səfər etməsini ədalətsiz və qəbuledilməz sayır: “Avropa Şurasında “siyasi məhbus” anlayışı dəqiq təyin olunmayıb. O ki qaldı Ştrosserin Bakıya səfər etməsinə, onun adi Almaniya vətəndaşı, yaxud Bundestaqın deputatı kimi Azərbaycana gəlməsinə keç bir etiraz yoxdur”.
Qeyd edək ki, K. Ştrosserin Azərbaycana noyabrın 4-də səfər edəcəyi barədə məlumat açıqlanıb.
Çox Oxunanlar
- 19-05-2022, 16:22 : Hacıqabul rayon Heydər Əliyev Mərkəzininin əməkdaşları Şirvanda olmuşlar
Mədəniyyət
- 17-05-2022, 11:26 : Salyan İcra Hakimiyyətinin başçısı Xıdırlı kəndində əhali ilə səyyar görüş keçirmişdir
Ölkə
- 12-05-2022, 09:43 : Düşmən Kəlbəcəri atəşə tutdu
Ölkə
- 13-05-2022, 09:46 : Əsəbi sakitləşdirən 12 qida - Hər gün üçünü yeyin
Xəbərlər
- 17-05-2022, 14:06 : Mədəniyyət Nazirliyindən YENİ QADAĞA – Bunlardan istifadə etmək olmaz!-VİDEO
Xəbərlər
- 6-05-2022, 14:30 : “Eurohome”un fəaliyyəti məhdudlaşdırıldı - FOTO/VİDEO
Ölkə
- 12-05-2022, 14:58 : Azərbaycandakı dəhşətli qəza ilə bağlı - Rəsmi açıqlama
Ölkə
- 12-05-2022, 19:10 : Azərbaycanda topuq testinin tətbiqinə başlanılıb
Xəbərlər
- 7-05-2022, 15:07 : Zorakılıq, zorlanma, ayrılıq... - Məktəbli qızları intihardan necə çəkindirək?
Müsahibə-Reportaj
- 16-05-2022, 17:44 : “AzerGold”un rəhbərliyinə gətirilən Mətin Eynullayev kimdir? - DOSYE
Gündəm