BolgeXeber.Com » Siyasət » İŞİD-in arxasında hansı qüvvələr durur?- ANALİZ

İŞİD-in arxasında hansı qüvvələr durur?- ANALİZ

28-06-2014, 16:55
Oxunub: 3 428 “İraq və Şam İslam Dovləti”

İŞİD yaraqlılarının əli ilə İraqın üçdə birini işğal edən qüvvələr, həm də bu terror quruplaşmasından istifadə edərək regionun iki qüdrətli dovləti, İran və Türkiyəni təhdid altında saxlamağa çalışırlar. Eyni zamanda bӧlgədə xüsusi maraq dairəsi geniş olan İŞİD havadarları, son anda regionu itirməmək naminə terrorçuların vasitəsilə sӧzügedən coğrafiyanı potensial təhlükə mənbəyi olaraq nəzarətdə saxlamaq istəyir.
Ərəb dünyasında baş verən inqilablardan sonra müsəlman ӧlkələrində ciddi nüfuz itkisilə üzləşən Qərb, Yaxın və Orta Şərqdə sarsılmış mӧvqelərini geri qaytarmaq üçün səylərini artırmaq istəyir. Ən azı nüfuzun bərpası mümkün olmadıqda İŞİD kimi terror təşkilatlarının fonunda regionu “qaynar qazan” olaraq saxlamaqda israrlıdır.
Doğrudur iddialara gӧrə İŞİD-ə dəstək verən ӧlkələrdən ən çox Türkiyənin adı hallanır. Əslində bu inandırıcı gӧrünür. Çünki, Bəşər Əsədə qarşı ən kəskin mӧvqe sərgiliyən məhz Ərdoğan idi. O, əlindən gələni edirdi ki, Əsəd rejimi süqut etsin. Bu baxımdan Əsədə qarşı savaşanların Türkiyə tərəfindən dəstəklənməsi gizlin deyildi. Eyni zamanda inandırıcı deyil ki, Ankara bu addımı Vaşinqtondan xəbərsiz atırb, və yaxud Amerikanın xeyir-duası olmadan İŞİD kimi təşkilatlara müəyyən humanitar dəstək verib.
Bu gün isə ABŞ, İŞİD-dən məhz Türkiyə əlehinə dolayısı ilə müsəlman dünyasına qarşı istifadə edir. Bir sӧzlə ABŞ, Türkiyənin son zamanlar yksəlmiş nüfuzuna, əsasən də R.T.Ərdoğanın seçki ӧncəsi imicinə ciddi zərbə vurdu. Amerikanın belə bir həssas məqamda İŞİD-i oyuna sürməsi də səbəbsiz deyil.
Xüsusən də Suriya hadisələrindən sonra bӧlgədəki dӧvlətlərin, əsasən Türkiyənin yenidən seçim etmə ehtimalının olması Avropa ӧlkələrini o cümlədən Amerikanı rahatsız edir. Ukrayna hadisələri isə bu seçimin asanlaşmasına xidmət edə bilər. Belə ki, Ukraynada cərəyan edən Rusiya-Qərb savaşı, ikincilərlə kifayət qədər soyuq münasibətdə olan Rəcəb Tayyib Ərdoğanın sükanı birinciyə tərəf çevirmə ehtimalını artırmış olur. Baxmayaraq ki, Bir sıra məsələlərdə o cümlədən Suriyada cərəyan edən hadisələrdə Ankara ilə Moskvanın maraqları toqquşurdu. Nəzərə alsaq ki, hazırkı situasiyada Kremlin düşdüyü drumdan sğortalanmaq üçün siyasi kursunda dəyişiklik meyilləri var. O zaman ABŞ, Rusiya ilə kifayət qədər ciddi iqtisadi əlaqələri mӧvcud olan Türkiyəni heç olmasa neytral tutmağa çalışır.
Parelel olaraq İŞİD-i dӧvriyəyə soxmaqla Qərb, Rusiya ilə iqtisadi, siyasi, hərbi sahələrdə güclü əlaqələrə malik İranın başını qatmaq istəyir ki, maksimum dərəcədə hər iki ӧlkəni bir-birlərindən uzaqda tutsun. Çünki, İranda Həsən Ruhani prezidentlik kürsüsünə əyləşəndən sonra ABŞ-İran münasibətlərində nə qədər yumuşalma hiss olunsa da faktiki olaraq rəsmi Tehranın yürütdüyü siyasəti Rusyayӧnümlüdür. O üzdən Qərb dəyişkən siyasətilə regiona təsirinin itmədiyini gӧstərməyə çalışır.
Elçin Abdullayev