BolgeXeber.Com » Siyasət » Bazarkom imza toplayir

Bazarkom imza toplayir

28-09-2010, 00:25
Oxunub: 6 333

Bu hal 86 sayli dairədə baş verib

“Bolgexeber”-e 86 saylı İsmayıllı seçki dairəsindən məlumat daxil olub. Məlumatı verən şəxslər bildirir ki, bu dairədən müstəqil şəkildə namizədliyini irəli sürən Nəriman Süleyman Salman oğlu imza toplaya bilməyib, daha sonra isə rayonun bazarkomuna müraciət edib.

Bazarkom isə öz növbəsində Nəriman Süleymanla birlikdə bazara gələrək, bütün alverçilərdən ona imza vermələrini istəyib. Bundan sonra isə Nəriman Süleyman bazardan bütün imzaları yığıb. Mənbəmiz deyir ki, Nəriman Süleyman adlı namizəd bazarın Mirdamət adlı müdirinə bu işdən ötrü xeyli pul verib.

Bu barədə bizi bilgiləndirən mənbə deyir ki, Bakı Dövlət Universitetində baş müəllim işləyən Nəriman Süleyman artıq rayonda təbliğat işlərinə belə, start verib. Məlumatda deyilir ki, BDU-nun müəllimi seçki təbliğatına rəsmən start verilmədiyi halda, indidən rayonda təbliğatla məşğuldur.

Onu da qeyd edək ki, Nəriman Süleyman rayonda özünü Paşayevaların adamı kimi təqdim edir. O, ətrafına deyir ki, guya Qənirə Paşayeva onu seçkilərdə dəstəkləyir. Mənbəmiz deyir ki, əslində adı çəkilən şəxsin Paşayevaların adamı olması tam qeyri-ciddidir, o, sadəcə Paşayevaların nüfuzundan istifadə etmək istəyir.