Vurulan erməni helikopteri ilə bağlı Türkiyədən daha bir dəstək
16-11-2014, 11:20
Oxunub: 4 477
CHP Artvin Millət vəkili Uğur Bayraktutanın ardınca Ülkümən Rodoplu da Azərbaycan ordusunun erməni ucağını vurmasını dəstəklədi
Dünən Can Radyoda Doğan Beyazgüllə Gök Qurşağı proqramının qonağı olan, CHP İzmir vilayətinin başqan müavini, 2015-ci il parlament seckilərində millət vəkiliyinə namizəd, doktor Ülkümən Rodoplu Türkiyədə və dünyada baş verən bir sıra məsələlərə dair sualara aydınlık gətirdi. Bu suallar içərisində üc gün əvvəl Azərbaycan sərhədlərini pozduğu ücün əsgərlərimiz tərəfindən vurulan erməni helikopteri ilə bağlı sual da vardı. Ülkümən Rodoplu bu bu məsələyə münasibət bildirərək "Azərbaycan haqlı olduğu ücün qardaşlarımızın yanındayam. İllərdir Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni işğalı altındadır. Dünyan ictimaiyyəti bu məsələyə göz yumur, amma biz də onlara baxıb göz yummayacağıq" dedi.
CHP funksioneri bildirdi ki: "Azərbaycan bir türk dövlətidir. Qanı qanımızdan canı canımızdan olan qardaşlarımızdır. Qardaşlığı bir kənara qoyaq, amma Azərbaycan Dağlıq Qarabağ məsələsində haqlıdır və torpaqlarının 20 faizi işğal edilən isə Ermənistan deyil, Azərbaycandır. O üzdəndə heç bir tərəf tutmadan haqlı olaraq Azərbaycanın yanındayıq. Kimsənin kimsənin sərhədlərini pozmaq haqqıı yoxdur".
Bundan başqa Rodoplu Azərbaycanın Türkiyənin bütün uğurlarına sevindiyini bildirərək "Qalatasaray Avropada uğur qazananada Azərbaycanın sokakları insanlarla dolmuşdu. Millət milli bayramını kecirirdi sanki. Dünyada hansı uğurumuz olubsa, Azərbaycan bayraqlarıyla yanımızda olub. Kədərimiz kədərləri, sevincimiz sevincləri olub. Həmçinin də Azərbaycanın uğuru məni hər zaman sevindirib. Kədərləri kədərim olub. Elm sahəsində Azərbaycanın dünyadakı uğurlarına qürurlanmışam. Bir sözlə kim nə edərsə etsin bizi ayıra bilməzlər”-deyərək sözünü tamamlayıb.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər