«Soyqırım layihəsi bu dəfə keçəcək»
13-12-2011, 09:30
Oxunub: 6 755
Valeriya Boyer: «Fransa 1915-ci il hadisələrini soyqırım olaraq tanıyıbsa, onu inkar edənləri cəzalandırmaq lazımdır»
Xəbər verildiyi kimi, Fransa parlamenti dekabrın 19-da «1915-ci il olaylarını inkar edənlərin 45 min avro cəzalandırılmasına dair qanun»u müzakirəyə çıxaracaq. Bolgexeber.com bildirir ki, bununla bağlı «soyqırımı inkar qanunu layihəsi»ni hazırlayan deputat Valeriya Boyer açıqlama verib.
Boyer açıqlamasında deyib ki, əvvəlki illərdən fərqli olaraq, bu dəfə layihənin parlamentdə təsdiq olunacağına tam əmindir. Xalq Hərəkatı Birliyi Partiyasının Marseldən seçilmiş deputatı Boyer deyib ki, 2006-cı ildə parlamentə təqdim olunmuş layihənin konstitusiyaya zidd məqamları olması ehtimalı səbəbindən müvəqqəti olaraq müzakirədən çıxarılıb. «Yeni hazırlanan layihə isə daha güclü bir zəminə dayanır. Tamamilə AB normalarına uyğunlaşdırılıb. Bu layihə sadəcə, soyqırımın inkarını cinayət hesab etməməyəcək. Həmçinin Fransanın soyqırım olaraq tanıdığı faciələrin də inkarını cinayət hesab edəcək. Hər şeydən vacib olan cəhət isə odur ki, bu layihə keçəcəyi təqdirdə irqçilik və xaricilərə düşmənçilik edənləri də cəzalandırmağa imkan verəcək».
1915-ci il hadisələri müzakirəyə çıxarılan zaman Türkiyənin Əlcəzairdə yaşananları gündəmə gətirdiyini də vurğulayan Boyer bunun yanlış yanaşma olduğunu deyib. «Mən də «qara ayaqlının qızıyam». Yəni, mənim əslim Əlcəzairlidir. Xatırladım ki, Əlcəzairdə yaşananlar 19 mart 1962-ci ildə Evian Müqaviləsinə əsasən dekolonizasiya layihəsi idi və soyqırım hesab olunmur. Əlcəzairdə heç bir şəkildə soyqırım baş verməyib».
Bolgexeber.com bildirir ki, Fransanın belə bir addım atması gələn il keçiriləcək prezident seçkiləri ilə bağlıdır. Və Sarkozi iqtidarı yenidən qələbə əldə etmək və ermənilərin səslərini almaq üçün bu addımı atır. Boyer isə buna qarşılıq olaraq bildirib: «İstər sağ, istər solçu partiyalar olsun, Fransada hamı erməni soyqırımının inkarını cinayət saymalıdır. Fransa 1915-ci il hadisələrini soyqırım olaraq tanıyıbsa, onu inkar edənləri cəzalandırmaq lazımdır».
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər