Çingiz Qənizadə TÜRKPA-nın iclasında iştirak edəcək
17-12-2011, 14:25
Oxunub: 6 239
Dekabrın 18-21 tarixlərində Türkiyənin paytaxtı Ankara şəhərində TÜRKPA-nın Hüquqi məsələlər komissiyasının iclası keçiriləcək.
Bolgexeber.com-un məlumatına görə, iclasın gündəliyində “TÜRKPA-ya üzv olan dövlətlərin milli parlamentlərinin və parlamentarilərin konstitusiya sistemində funksiyası, vəzifəsi və rolu” mövzusu müzakirə olunacaq.
İclasda, quruma üzv dövlətlərin parlamentlərinin hüquq sahəsində qanunvericilik bazasının inkişafı və bu sahədə təcrübə mübadiləsinin aparılması istiqamətində əməkdaşlıq məsələlərinə toxunulacaq, həmçinin quruma üzv ölkələr arasında daha sıx əlaqələrin yaradılması, əməkdaşlığın inkişafına mane ola biləcək hüquqi prosedur qaydaların aradan qaldırılması məsələləri müzakirə olunacaq.
Tədbirdə Milli Məclisin deputatı, TÜRKPA-nın Hüquqi məsələlər komissiyasının üzvü Çingiz Qənizadə də iştirak edəcək. Millət vəkili Azərbaycan parlamentinin əldə etdiyi uğurlar barədə çıxış edəcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər