İlham Əliyev prezident fərmanını ləğv etdi
11-02-2015, 20:25
Oxunub: 6 223
Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Polis Akademiyasının əyani şöbəsinə kursantların qəbulu məsələləri haqqında" Azərbaycan Respublikası prezidentinin 1993-cü il, 30 aprel tarixli, 541 nömrəli fərmanının ləğv edilməsi barədə fərman imzalayıb.
Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında hərbi kafedraların yaradılması haqqında” Azərbaycan Respublikası prezidentinin 2014-cü il, 23 sentyabr tarixli, 739 nömrəli sərəncamının tətbiqi ilə əlaqədar qərara alıb ki, "Azərbaycan Polis Akademiyasının əyani şöbəsinə kursantların qəbulu məsələləri haqqında" Azərbaycan Respublikası prezidentinin 1993-cü il, 30 aprel tarixli, 541 nömrəli fərmanı ləğv edilsin.
Prezident İlham Əliyev bu gün həmçinin “Fövqəladə Hallar Nazirliyinin Akademiyasının nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
“Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Fövqəladə Hallar Nazirliyinin Akademiyasında hərbi kafedraların yaradılması haqqında” 2014-cü il, 23 sentyabr tarixli sərəncamın tətbiqi ilə əlaqədar FHN Akademiyasının nizamnaməsində aşağıdakı dəyişikliklər edilib:
9.5-ci bənd üzrə:
1.1. “və həqiqi hərbi xidmətdə hesab edilirlər” sözləri çıxarılıb;
1.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib:
“Kursantlar həqiqi hərbi xidmətdə hesab edilirlər”.
2. 9.6-cı bənddən “(müdavimlər)” və “və ya xüsusi” sözləri çıxarılıb.
3. 9.16-cı bənddə “və ya” sözləri “müdavim olmuş məzunlara isə həmçinin” sözləri ilə əvəz edilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər