BolgeXeber.Com » Siyasət » Manatın ucuzlaşması banklara kredit borcu olanlara necə təsir edəcək?

Manatın ucuzlaşması banklara kredit borcu olanlara necə təsir edəcək?

21-02-2015, 14:52
Oxunub: 4 705 Manatın ucuzlaşması banklara kredit borcu olanlara necə təsir edəcək?"Manatın ucuzlaşması dollarla kredit götürənlərə mənfi təsir edəcək”

Bunu azvision.az-a açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, dollar manatı üstələyibsə, bu artıq manatın devalvasiyasından xəbər verir: "Mərkəzi Bank bildirirdi ki, yumşaq devalvasiya olacaq və ilin sonuna kimi 8 faiz infliyasiyanın olacağı proqnozlaşdırır. Bu cür məzənnə dəyişməsi ondan xəbər verir ki, ilin sonuna kimi inflyasiya 8 faizdən çox olacaq. Əgər manat 34 faiz dəyər itirirsə, bu praktiki olaraq idxal olunan məhsulların da ən azı eyni həcm artması anlamına gələcək”.

İqtisadçı bildirib ki, Mərkəzi Bank manatın yumşaq devalvasiyasını həyata keçirəcəyini desə də, manat kəskin ucuzlaşmaya məruz qaldı: "Məzənnə siyasətinə məsul olan qurum Mərkəzi Bankdır və o baxımdan manatın növbəti dəfə necə dəyişəcəyi ilə bağlı rəsmi açıqlamaların da onlar tərəfindən bildirilməsinə ehtiyac var. Dəyişiklik hiss edilən dərəcədədir, bu baxımdan Mərkəzi Bank mütəmadi olaraq manatın məzənnəsini aşağı salmaqda davam etməyəcək”.

Ekspert qeyd edib ki, banklar öz risklərini sığortalamaq üçün 1 həftədən artıqdır ki, kreditləri bütövlükdə dollarla təklif edirlər: "Belə ki, gələcəkdə manatın məzənnəsi aşağı düşərsə, o zaman kreditlərin geri qaytarılması ilə bağlı çətinlik yarana bilər. Hal-hazırda kommersiya banklarının əksəriyyəti öz kreditlərini dollarla təklif etməkdədir. Manatla kredit təklif edən bankların sayı azdır. Mərkəzi Bank nəzarət etməlidir ki, bankların kredit təklifi onların aktivlərinin valyuta strukturuna uyğun olaraq həyata keçirilsin. Bankların krediti dollarla göstərib vətəndaşa manatla kredit verməsi, qanuna ziddir. Bank kredit müqaviləsində göstərdiyi valyutaya düzəliş etməlidir”.

V.Bayramov bu cür dəyişikliyin daha çox bankdan dollarla kredit götürənlərə təsir edəcəyini deyib. Belə ki, banklardan əvvəl dollarla kredit götürənlər manatla daha çox ödəniş edəcəklər.