Meksikadan Azərbaycana daha bir böyük dəstək
22-12-2011, 11:20
Oxunub: 6 174
Meksika Konqresinin Deputatlar Palatası tərəfindən Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı razılaşma maddələrindən ibarət Qərar qəbul edilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Bolgexeber.com-a daxil olan məlumata görə, qərarda münaqişənin tarixi haqqında ətraflı məlumat verilərək, Azərbaycan ərazisinin iyirmi faizinin hələ də erməni işğalı altında qalması, bir milyona yaxın insanın qaçqın və məcburi köçkün qismində yaşadığı, BMT Təhlükəsizlik Şurasının (TŞ) münaqişə ilə bağlı dörd qətnaməsinin indiyədək yerinə yetirilmədiyi və 1994-cü ildə tərəflər arasında atəşkəs haqqında razılıq əldə olunsa da, atəşkəsin Ermənistan tərəfindən pozulması faktlarının mövcudluğu və Azərbaycanın mülki əhalisinin hələ də bundan fiziki və mənəvi əziyyət çəkdiyi vurğulanıb.
Daha sonra, Qərarda Azərbaycan ərazilərinin işğalı, Azərbaycan tərəfindən verilmiş insan itkiləri, xüsusən də Xocalıda erməni silahlı qüvvələrinin məhz Soyqırım törətdiyi qəti şəkildə pislənib.
Qərarda Azərbaycan Respublikasında bir milyon qaçqın və məcburi köçkünün olduğunu nəzərə alaraq, ölkədəki humanitar böhran barədə Meksikanın BMT-dəki Daimi Nümayəndəliyi vasitəsilə Meksika Konqresinə hesabatın təqdim olunması tövsiyə olunub.
Meksikanın BMT-dəki Daimi Nümayəndəliyi tərəfindən bundan sonrakı fəaliyyəti zamanı Ermənistan hökumətini BMT TŞ-nın qətnamələrini yerinə yetirməyə və işğal edilmiş ərazilərdən öz qoşunlarını çıxarmağa səsləməsi qeyd olunub.
Qərar Meksika dövləti adından beynəlxalq qurumlar qarşısında Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi zorakılıq aktlarını dərhal dayandırması, Azərbaycanın işğal edilmiş ərazilərindən öz qoşunlarını dərhal çıxarması və münaqişənin həllində maraqlı olan bütün tərəfləri regionda daha iri miqyaslı münaqişənin qarşısının alınması və regionda sülh və təhlükəsizliyin bərqərar olunması üçün hər növ zorakılıq və müdaxilədən çəkinməyə çağıran bir müraciət qəbul etməyə səsləyib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər