Fərəc Quliyev seçicilərinə “atdı”
26-12-2011, 11:50
Oxunub: 6 113
Deputata qarşı kampaniyaya start verilir
31 saylı Suraxanı seçki dairəsinin seçiciləri onların dairələrində millt vəkili olan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevə qarşı pilet təşkil etməyi planlaşdırırlar. Buna səbəb isə millət vəkilinin seçicilərinin problemlərinə sayğısız yanaşması və seçicilərinə gərəkən diqqəti göstəməməsidir.
Daxil olan məlumatda bildirilir ki, Suraxanı seçiciləri dəfələrlə millət vəkili Fərəc Quliyevə müxtəlif problemlərlə bağlı müraciət etsələrdə onlar millət vəkilindən quru vədlərdən başqa heç bir ala bilmirlər. Yeni Günəşlinin Bakının ən problemli yaşayış sahələrindən biri olduğunu bildirən şikayətçilər qeyd edirlər ki, Fərəc Quliyev millət vəkili seçilmək üçün onlara çeşidli vədlər verib. İndi də o vədləri verməkdə davam edir. Amma ən kiçik bir problemlə bağlı millət vəkilinə müraciət edildiyi zaman millət vəkili öncə vəd verir, sonra isə müxtəlif vasitələrlə özünü kənara çəkir
Məlumatda qeyd olunur ki, bir qrup seçici yaxın günlərdə Milli Dirçəliş Hərəkatı Partiyasının Qərargahı qarşısında piket keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəklər.
Məlumatda bildirilir ki, etirazçılar piket zamanı «Verdiyin vədlərə əməl et» «Biz yalan vədlərdən doymuşuq» və s. kimi şüarlar səsələndiriləcək. Həmçinin qeyd olunur ki, hakimiyyət orqanları onların piket keçirmək üçün müraciətlərinə rədd cavabı verilsə belə, onlar dekabrın 29-da nəzərdə tutduqları aksiyanı həyata keçirəcəklər.
Bundan başqa qeyd olunur ki, narazı seçicilər mətbuat konfransı keçirərək Fərəc Quliyevin onlara olan münasibətini ictimaiyyətlə paylaşacaqlar (PİA.AZ).
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər