Qənirə Paşayevanın xəstəliyi ilə bağlı açıqlama yayıldı
2-01-2012, 17:55
Oxunub: 6 857
Millət vəkili Qənirə Paşayevanın dekabrın 30-da tədbirlərin birində huşunu itirməsi xəbəri Facebook-da ildırım kimi yayıldı.
Hətta Facebook istifadəçiləri arasında onun ölümcül xəstə olması ilə bağlı xəbərlər də dolaşmağa başladı. Amma Millət vəkinin şəxsi Facebook profilində onun köməkçisi Firuzə xanım nəhayət ki, bu məsələyə açıqlıq gətirdi. Açıqlamanı olduğu kimi sizə çatdırırıq.
"Bəzi insanların sosial şəbəkə səhifəsində millət vəkili Qənirə Paşayevanın bir toplantıda huşunu itirərək yıxılması, özünə gələ bilməməsi və ölümcül vəziyyətdə olması barədə yazdıqlarını ailəsi və yaxınları olaraq üzüntü ilə qarşiladıq. Doğrudur yanvarın 30-da gündüz saatlarında Qənirə xanım bir tədbir zamanı hüşünü itirib amma onun ölümcül vəziyyətdə olması, ağır xəstə olması xəbərləri doğru deyil. Həkimlər Qənirə xanımın səhəttində yaranmış problemin səbəbinin aşırı yorgunluq ,gərginlik, yuxusuzluq olduğunu deyirlər. Üstəlik Qənirə xanım ötən gün cəbhə bölgələrində idi və bir az soyuqlamışdı. Amma həkimlər Qənirə xanımın bir neçə gün həkim nəzarətində müalicə aldıqdan sonra tam sağalacağını və yenidən işinə dönə biləcəyini deyirlər. Ümid edirik ki, Qənirə xanımın ailəsini üzən bu kimi dedi-qodu xəbərləri geniş yayılmayacaq. Qənirə xanımın adından hamınızın bayramınızı təbrik edir, hər kəsə can sağlığı, xoşbəxtlik və uğurılar arzulayiriq. Firuzə(Qənirə xanımın köməkçisi) "
Bolgexeber.com olaraq bizdə xanım millət vəkilıimizə şəfalar diləyirik.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər