İlham İsmayılovun erməni məsələsi ilə məşğul olmağa vaxtı yox imiş
10-10-2010, 12:50
Oxunub: 2 057
Deputatlığa namizəd «erməni soyqırım»nı inkar edən kitabın təqdimatından imtina edib
60 saylıt Neftçala-Salyan seçki dairəsində namizədlər arasında mübarizə davam edir. Bolgexeber.com -a daxil olan məlumatlarda deyilir ki, artıq bəzi namizədlər rəqiblərinə qarşı «qara piar»dan da istifadə etməkdədir. Bu sırada öndə gedən əsas namizəd isə İlham İsmayılov hesab olunur. Səbəb isə onun mətbuata rəqibləri ilə bağlı «ifşaedici» məlumatlar sızdırmasıdır.
Bizə çatan məlumatlarda vurğulanır ki, İlham İsmayılovun bu hərəkətlərindən artıq MSK-nın da xəbəri var. Lakin bununla bağlı hər hansı bir tədbir görüləcəyi sual altındadır. Lakin İsmayılovla bağlı başqa məlumatlar da peyda olub. Daha doğrusu, dünən redaksiyamızla əlaqə saxlayan şəxs bildirib ki, o, bir müddət əvvəl qondarma «erməni soyqırım»nı inkar edən və ermənilərin iç üzlərini açıb göstərən kitab nəşr etdirib. Həmin kitabın nəşr etdirilməsi üçün nəzərdə tutulan vəsaiti isə evini satmaqla qarşılayıb. Böyük ümidlərlə nəşr etdirdiyi həmin kitabı Türkiyə və Azərbaycanda təqdim etmək üçün çalışan sözügedən xanım gözlənilməz bir vəziyyətlə üzləşib.
Bolgexeber.com-a açıqlama verən şəxs deyib ki, kitabın Türkiyə və Azərbaycanda təqdim edilməsi üçün Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin rəhbəri İlham İsmayılova üz tutub. «Düşündüm ki, bu şəxs bizə daha yaxından yardımçı ola bilər. Çünki diaspora fəaliyyəti ilə məşğul olan bir adamdır. Lakin gözlənildiyindən tam əksi baş verdi. Kitabın erməni məsələsi ilə bağlı olduğunu bilən kimi, onu təqdim etməkdən imtina etdi. Bizə «Mənim erməni məsələsi ilə məşğul olacaq vaxtım yoxdur» dedi».
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 4-03-2021, 18:28 : "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"
Xəbərlər
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- 4-03-2021, 15:35 : Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
Xəbərlər
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər
- 4-03-2021, 18:16 : "Ali Baş Komandamız sayəsində inanırıq ki, tarixi qayıdışımız əbədi olacaq"
Siyasət
- 18-02-2021, 11:07 : Cavid Qurbanov ölkədən daha çox pul çıxarıb... - İTTİHAM
Xəbərlər
- 19-02-2021, 09:29 : İmişli kolxoz bazarında dəhşətli antisanitariya-Yerli camaat kömək istəyir(VİDEO)
Gündəm
- 4-03-2021, 18:26 : Bakının məşhur hotelində 50 nəfərlik mərasim keçirilib, DİN açıqlama verdi - VİDEO
Xəbərlər