Azərbaycanın birinci xanımı ali mükafata layiq görülüb
12-03-2012, 21:30
Oxunub: 6 098
Mehriban Əliyevaya "Türk Dünyasına xidmət" mükafatı təqdim olunub
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 12-də Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun xanımı Sare Davudoğlu ilə görüşmüşdür. Qonağı Heydər Əliyev Fondunda görməkdən məmnun olduğunu bildirən Mehriban xanım Əliyeva qardaş Türkiyənin Azərbaycan üçün önəmini vurğuladı.
İlk dəfədir ki, ölkəmizə səfər etdiyini deyən Sare Davudoğlu Azərbaycanda keçirilən “Yeni minillikdə çağdaş dünyamızın müqəddəs vəzifəsi olaraq analığın qorunması” toplantısında iştirak etdiyini bildirdi. Sare Davudoğlu bu toplantının qadın xəstəlikləri ilə mübarizə sahəsindəki önəmini diqqətə çatdırdı.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç görüş çərçivəsində “Türk Dünyası Sənətçilər və Yazarlar Vakfı”nın təsis etdiyi “Türk Dünyasına xidmət” mükafatını Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevaya təqdim etdi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər