BolgeXeber.Com » Siyasət » Musavat partiyasının Masallı rayon şöbəsinin qərargahı mismarlandı- Video

Musavat partiyasının Masallı rayon şöbəsinin qərargahı mismarlandı- Video

5-04-2012, 00:10
Oxunub: 3 405 Partiyanın rayon şöbəsindəki narazılıq piket halına qədər gəib çıxa bildi

Ötən gün Masallı rayonun 10-a yaxın şəxs Müsavat partiyasının keçmiş üzvləri Mədəniyyət şöbəsinin qarşısında piket keçirdilər. Piketə rəhbərlik edən Eynulla Əzizov rəhbərlik edirdi. Piket zamanı həmin şəxslər partiya rəhbərliyinə və onun üzvlərinə qarşı sərt şəkildə ittihamlar irəli sürdülər. Tələb etdilər ki, Musavat partiyasının rayon təşkilatı bağlanmalıdır və hal-hazırki sədr Xasay Səfəroğlu istefa verməlidir. Etiraz edən şəxslər partiyanın rayon təşkilatının rəhbəri Xasay Səfəroğlunun, Gülağa Aslanlının bir nömrəli adamı olmasını və bu vəzifəyə gətirilməsində Gülağa Aslanlının rolunun böyük olmasını bildirərək ittiham etdilər. İttiham edənlər uzun illər Musavat Partiyasına sadiq qaldıqları halda, həmin partiyanın ammaları uğrunda bütün var dövlətdən, hətda canlarından keçdiyinə də bildirirdilər. Hadisə yerində olan Bolgexeber.com-un əməkdaşı piket zamanı bir neçə televiziya kanalları ilə yanaşı bütün olanları lentə alıb. Bundan sonra həmin etiraz edən keçmiş müsavatçılar bildirdilər ki, biz artıq bəyanat hazırlamışıq və Xasay Səfəroğlunun bu vəzifədən getməsini tələb edirik. Etiraz edənlər Müsavat partiyasının rayon təşkilatının qərargahına gələrək, müxtəlif ittihamlar irəli sürdülər və qərargahın qapısını mismarladılar. Xüsusilə qeyd edək ki, qapı mismarlanan zaman çəftəsi sındırıldı. Və əməkdaşlarımız bütün bu olanlara aydınlıq gətirmək üçün partiyanın rayon təşkilatının sədri Xasay Səfəroğlu əlaqə saxlayaraq, münasibət öyrəndilər.

X.Səfəroğlu isə bütün olanları əsassız sayaraq, bu şəxslərin dövlət əmlakına zərər yetirmələrini bildirərək, qanun qarşısında cavab verəcəklərini qeyd etdi.
Müsahibəsi zamanı Xasay Səfəroğlu bildirdi ki, bu ittihamlar cəfəngiyatdır və böhtandır. Mən elə başa düşürəm ki, bu şəxslər yalan ifadə verməyə görə cinayət məsuliyyətinə cəlb ediləcəklər.






Peyman Sadıqov
Masallı-Bakı-Masallı