Rusiya yanvarın 1-dən Türkiyə ilə vizasız gediş-gəlişi dayandırır
29-11-2015, 11:46
Oxunub: 4 234
Rusiya hökumətinə, həmçinin Rusiya və Türkiyə arasında çarter hava daşınmalarına qadağanın tətbiq edilməsini nəzərdə tutan tədbirlər görmək tapşırığı verilib
Rusiya prezidenti Vladimir Putin "Rusiya Federasiyasının milli təhlükəsizliyi və Rusiya vətəndaşlarının cinayətkar və ya digər hüquqazidd əməllərdən qorunmasının təmin edilməsi və Türkiyə Respublikasına qarşı xüsusi iqtisadi tədbirlərin tətbiq edilməsi üzrə tədbirlər haqqında" fərman imzalayıb.
Bolgexeber.com "Report"-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Putin imzalanmış fərmanda 1 yanvar 2016-cı il tarixindən etibarən Türkiyə ilə vizasız gediş-gəliş barədə sazişin fəaliyyətinin dayandırılması haqqında qərar çıxarıb.
Qərar Rusiya ərazisində müvəqqəti yaşamaq icazəsi olan, həmçinin həqiqi xidməti və xüsusi pasportlara malik səfirlik və konsulluq işçiləri və onların ailə üzvlərinə şamil edilməyib.
"Müəyyən edilsin ki, turoperator və turagentliklərin Rusiya Federasiyası vətəndaşlarına Türkiyə Respublikası ərazisinə səfər nəzərdə tutan turist məhsulunun satışından çəkinmələri gərəkdir", - deyə fərmanın mətnində bildirilir.
Rusiya hökumətinə, həmçinin Rusiya və Türkiyə arasında çarter hava daşınmalarına qadağanın tətbiq edilməsini nəzərdə tutan tədbirlər görmək tapşırığı verilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər