Dörd rayonun icra başçısı dəyişdirildi
11-04-2012, 01:00
Oxunub: 6 579
Yardımlı, Beyləqan və Xızının rəhbərlərinin yeri dəyişdi, Kürdəmirin icra başçısı isə işsiz qaldı
Bolgexeber.com xəbər verir ki, Prezident İlham Əliyev bir neçə rayonun icra başçısının dəyişdirilməsi barədə sərəncam imzalayıb. Belə ki, ölkə başçısının müvafiq sərəncamı ilə Kürdəmir rayonu İcra Hakimiyyətinin başçısı Fəxrəddin Məlikov tutduğu vəzifədən azad olunub. Onun yerinə Beyləqan rayonu İcra Hakimiyyətinin başçısı İrşad Əliyev gətirilib.
Ölkə başçısı Yardımlı rayonu İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun da iş yerini dəyişdirib. X.Aslanov Xızı rayonu İcra Hakimiyyətinin başçısı təyin olunub.
Xızı rayonunun icra başçısı Vaqif Abdullayev də vəzifəsindən kənarlaşdırılıb. Amma Vaqif Abdullayev işsiz qalmayıb. Prezident onu Beyləqan rayonu İcra Hakimiyyətinin başçısı təyin edib.
Keçmiş deputat Sevindik Hətəmov isə Yardımlı rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə gətirilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər