Məhkəmə Arif Hacılının ərizəsini geri qaytarıb
16-04-2012, 13:30
Oxunub: 6 677
Suraxanı Rayon Məhkəməsi Arif Hacılının müraciətini geri qaytarıb
Bu barədə A. Hacılının qardaşı Vaqif Hacıbəyli məlumat verib. V. Hacıbəyli buna həmin sənədin vəkillər tərəfindən məhkəməyə təqdim olunmasının səbəb olduğunu deyib: “Bundan əvvəl ərizə onun vəkilləri tərəfindən hazırlandığı üçün məhkəmə geri qaytarmışdı. İkinci dəfə məktub Arif Hacılı tərəfindən yazılsa da, vəkilləri tərəfindən məhkəməyə təqdim olunub. Məhkəmə isə buna mənfi cavab verərək, bildirib ki, müraciət kənardan deyil, onun cəza çəkdiyi Cəzaçəkmə Müəssisəsi tərəfindən məhkəməyə göndərilməlidir”.
Qeyd edək ki, A. Hacılı cəzasının 1/3-ni çəkdiyini əsas gətirərək, azadlığa buraxılmasını istəyir.
Xatırladaq ki, A. Hacılı İctimai Palatanın 2011-ci il aprelin 2-də Bakıda keçirdiyi sanksiyalaşdırılmamış etiraz aksiyasında saxlanılıb, məhkəmə qərarı ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər