Qalmaqallı qanun qəbul olundu
20-04-2012, 20:40
Oxunub: 6 132
“Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər qəbul edildi
Milli Məclisdə (MM) “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər layihəsinin müzakirəsi davam edib. Müzakirələrdə çıxış edən Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, təklif olunan dəyişikliklər hakim Yeni Azərbaycan Partiyasının (YAP) qüdrətini bir qədər də artıracaq.
Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Mübariz Qurbanlı siyasi partiyaların maliyyələşdiriləcəyi zaman YAP-a daha çox pul ayrılacağı ilə bağlı deyilənləri tənqid edib. O deyib ki, əgər Azərbaycanda da siyasi partiyalara dünya praktikasında tətbiq olunan qaydalarla maliyyə ayrılsaydı, YAP-a daha çox vəsait düşərdi: “Azərbaycanda indiyədək yalnız YAP hər il öz hesabatını açıqlayır. Amma digər partiyalar, o cümlədən müxalifət partiyaları qanunvericiliyə rəğmən hesabat açıqlamırlar”.
Deputat Aydın Mirzəzadə ümummilli seçkilərdə iki dəfə iştirak etməyən partiyaların dövlət qeydiyyatının ləğv olunmasını təklif edib.
YAP-ın sədr müavini, partiyanın icra katibi Əli Əhmədov deyib ki, yeni dəyişikliklərlə ölkədəki siyasi partiyalar daha səmərəli şəkildə fəaliyyət göstərəcək. O, maliyyələşmə məsələsində müəyyən qədər ədalətsizlik olduğunu da deyib.
MM sədrinin I müavini Zifayət Əsgərov deyib ki, Azərbaycan nəhayət küçə müxalifətçiliyindən qurtarmalıdır, ölkədə sivil müxalifətçiliyə keçməyin vaxtı çatıb.
Layihə ilə bağlı Ədalət Partiyasının sədri İlyas İsmayılov, YAP icra katibinin müavini Siyavuş Novruzov, Sahib Alıyev də öz fikirlərini açıqlayıblar. Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul olunub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər