Deputat: Böhrandan əziyyət çəkənlər elə millət vəkillərini də söyür
19-01-2016, 13:56
Oxunub: 4 831
“Hər gün 400-500 adam işsiz qalır”
Prezidentin dünənki çıxışına qədər xalqda inam yox idi. Amma çıxışından sonra əhalidə inam yaranıb. Bununla belə düşünürəm ki, böhrandan çıxış prosesini bu iqtisadi blok həll edə bilməyəcək.
Bolgexeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa parlamentin növbədənkənar iclasında səsləndirib.
O qeyd edib ki, kiminsə şəxsiyyətinə söz demək kimi fikri yoxdur:
“Bu iqtisadi blokda təmsil olunan hər kəs iqtisadiyyatın inkişafında müəyyən rol oynayıb. Amma problemlərin çıxış yolu iqtisadi blokun yenilənməsindədir. İlk növbədə, sərt inzibati tədbirlər görülməlidir. Bütün qapıları xarici investisiya layihələrinə açmaq lazımdır. Bankların etibarlılığı təmin olunmalıdır. İdxal-ixrac əməliyyatlarında şəffaflıq təmin edilməlidir. Azərbaycanda olan ideoloji statistikadan qurtulmaq lazımdır”.
O qeyd edib ki, böhranla əlaqədar ölkədə hər gün 400-500 adam işsiz qalır:
“Bunlar gələcəkdə ac insanlar olacaq və dövlətə qarşı təxribatlar törətmək istəyənlər bu insanlardan istifadə edəcək. Eyni zamanda xarici bankların burada açılmasına imkan verməliyik. Bəlkə, onlar az faizli kreditləri əhaliyə təklif edərlər. Bu gün böhrandan əziyyət çəkənlər sözlərini təkcə iqtisadi komanadaya demirlər. Onlar elə millət vəkillərini də söyürlər. Ona görə parlament də yaranmış vəziyyətdən çıxış yolu ilə bağlı təşəbbüskarlıq göstərməlidir”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər