Deputat dilinin bəlasına düşüb
21-05-2012, 15:40
Oxunub: 6 270
Jalə Əliyevanın buraxdığı səhv Prezident Aparatında müzakirəyə çıxarılıb
“Jalə Əliyevanın mətbuatda televiziyaların efir siyasətini şərh edən məlum açıqlaması ciddi rezonansa səbəb olub. Deputatın telekanalların efir siyasətinə yenidən baxılmasının labüd olduğunu bildirməsi onun mandatını itirməsi ilə nəticələnə bilər”. Bununla bağlı məlumat tia.az-a etibarlı mənbələrdən daxil olub.
Eksklüziv məlumatda qeyd olunur ki, bu yazı dərc olunandan sonra millət vəkilini Prezident Adminstrasiyasına çağırıblar və ondan bununla bağlı hesabat verməsini tələb ediblər. Millət vəkili isə baş verənləri gizlətmək üçün yazını hazırlayan redaksiyanı ittiham edib və onun adından səhv informasiyanın yayıldığını bildirməklə, canını qurtarmağa çalışıb.
Sonda qaynağımız bu addımın təsadüfi olmadığını, bunun hakimiyyətdaxili Ziya Məmmədov qruplaşmasına qarşı yönəldiyi, ümumilikdə bu qruplaşmaya aid deputatların vurulması istiqamətində həyata keçirilən siyasətin tərkib hissəsi olduğunu da söylədi.
Xatırladaq ki, son zamanlar mətbuatda Ziya Məmmədovun postunu itirəcəyi, onun komandasına aid bütün məmurların, o cümlədən Jalə Əliyevanın vurulacağına dair informasiyalar intensivləşib. Bu əsnada Jalə Əliyevanın Prezident Adminstrasiyasına çağırılaraq, hesabat istənilməsi də təsadüfi sayıla bilməz. Hətta onun qızının Gənclər Parlamentinə seçilməsi istiqamətində təşəbbüslərinə yox cavabı verildiyi də söylənilənlər arasındadır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər