BolgeXeber.Com » Siyasət » Əhmədinejad İlham Əliyevə məktub göndərdi - Mətn

Əhmədinejad İlham Əliyevə məktub göndərdi - Mətn

25-05-2012, 21:15
Oxunub: 5 154
“Ümid edirəm ki, İran və Azərbaycanın səyləri sayəsində zülm və ayrı-seçkiliyin aradan qaldırılmasının şahidi olacağıq”

İran prezidenti Əhmədinejad 28 May Respublika Günü münasibəti ilə Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib. Bolgexeber.com-a daxil olan məktubda deyilir:

“Bismillahir-rəhmanir-rəhim!
Zati-aliləri,
Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə qardaş dövləti və xalqını səmimi qəlbdən təbrik edirəm.

Hörmətli Prezident, Sizinlə səmərəli görüşlərimiz və bu görüşlərin olduqca faydalı nəticələri barədə xoş xatirələrimi yada salaraq, iki xalq arasındakı qardaşlıq münasibətləri, həmçinin Zati-alinizlə səmimi əlaqələrimi vurğulayaraq belə düşünürəm ki, İran İslam Respublikası və Azərbaycan Respublikası arasındakı münasibətlərin hər iki xalqın mənafeyi naminə genişlənərək günbəgün inkişaf etməsi, eləcə də iki ölkə arasında mehriban qonşuluq münasibətlərinin və ikitərəfli öhdəliklərin rəhbər tutulması düşmənlərin sui-istifadəsinin qarşısını alacaqdır.

Ümid edirəm ki, İran İslam Respublikası və Azərbaycan Respublikasının məsul şəxslərinin ikiqat səyləri sayəsində ikitərəfli və beynəlxalq səviyyədə bütün sahələrdə ölkələrimiz arasında mövcud olan əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinin, eləcə də dünyada dayanıqlı sülhün və təhlükəsizliyin bərqərar olmasının, zülm və ayrı-seçkiliyin aradan qaldırılmasının şahidi olacağıq.

Uca və qadir olan Allahın dərgahından Zati-alinizə möhkəm cansağlığı və uğurlar, Azərbaycan Respublikasının dost və qardaş xalqına xoşbəxtlik və ucalıq diləyirəm”.