Nalbandyan: Bakı və İrəvan 6 rayonun qaytarılmasını müzakirə edir
14-04-2016, 10:25
Oxunub: 4 797
“Sənəd hələlik saxlanılmağa verilməyib”.
Ermənistan XİN rəhbəri Edvard Nalbandyan sensasiya doğuran bəyanat verib
Oxu.Az xəbər verir ki, Ermənistanın İctimai televiziyasının sualını cavablandırarkən nazir, Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların predmetini açıqlayıb.
Nazirin sözlərinə görə, tərəflərin müzakirə etdikləri işçi sənədlər olaraq, tərəflərin nəzərdən keçirdiklərinin predmeti hesab edilir. İnkişafına nail olunmayan sənədlər ATƏT-in Vyanada yerləşən mərkəzi ofisinə saxlanılmağa verilir.
“Saxlanılmağa verilməyən sənəd hələlik – Kazan sənədidir. Qalan bütün şərhlər artıqdır”, - deyə nazir qeyd edib.
Bu sənədə müvafiq olaraq başlanğıc üçün tənzimlənmənin əsas prinsipləri imzalanmalıdır. Bundan sonra Ermənistan və Azərbaycan Rusiya, ABŞ və Fransanın vasitəçiliyi ilə sülh sazişi üzərində işə başlaya bilərlər.
Daha sonra İrəvan Dağlıq Qarabağ ərazisindən, o cümlədən də Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcər rayonlarından, eləcə də Laçının 13 kəndindən işğalçı ordusunu çıxarmalıdır. Bu ərazilərdə təhlükəsizlik beynəlxalq sülhməramlılar tərəfindən qorunmalıdır. Laçın rayonundan isə Ermənistanı Qarabağ ilə birləşdirən dəhliz yaradılmalıdır.
Dağlıq Qarabağın hüquqi statusu isə, qaçqınların qaytarılması şərti ilə bir neçə il sonra referendum yolu ilə həll edilməlidir. Bu sənəddə əsas məqam Bakı və İrəvanın mübahisələrin həlli üçün hüquqi öhdəçilik formasında gücdən istifadədən imtina etməkləridir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər