Zakir Qaralov Avropalılarla görüşdü
12-06-2012, 21:55
Oxunub: 6 002
Baş Prokuror Azərbaycanın Avropa Şurası ilə əlaqələrin möhkəmləndirilməsinə böyük önəm verdiyini bildirib
Baş prokuror Zakir Qaralov ölkəmizə səfər proqramı çərçivəsində Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt de Mora və Jozef Debono Qrex ilə görüşüb.
Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a daxil olan məlumata görə, görüşdə Baş prokuror Azərbaycan Respublikasının Avropa Şurası ilə əlaqələrin möhkəmləndirilməsinə böyük önəm verdiyini bildirərək, ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktlarının qəbul edilməsi, bu islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün normativ-hüquqi bazanın yaradılması barədə ətraflı məlumat verib.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinin prokurorluq orqanları qarşısında prioritet vəzifə olduğunu diqqətə çatdıran Baş prokuror, çıxışında respublikamızda İnsan hüquqları üzrə Avropa Konvensiyasının implementasiyası, insan hüquqlarının qorunması istiqamətində aparılan işlər, o cümlədən "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nın icrası ilə əlaqədar konkret işlərin həyata keçirildiyini xüsusi vurğulayıb.
AŞPA ilə Azərbaycan Respublikası arasında sıx əməkdaşlıqdan və bu əlaqələrin daha da inkişaf etdirilməsindən məmnunluğunu ifadə edən həmməruzəçilər ölkəmizdə məhkəmə-hüquq sistemində həyata keçirilən islahatları, xüsusilə insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsinə xidmət edən öhdəliklərin yerinə yetirilməsi ilə bağlı görülmüş işləri yüksək qiymətləndirərək, Azərbaycanda gedən demokratik prosesləri dəstəklədiklərini və bu sahədə zəruri köməklik göstərməyə hazır olduqlarını vurğulayıblar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər