Mehman Hüseynov həbs olundu
13-06-2012, 10:45
Oxunub: 2 848
RATİ əməkdaşına niyə cinayət işi açılıb
Foto-bloqqer, Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) əməkdaşı Mehman Hüseynovu polis saxlayıb. Bu barədə Mehman Hüseynovun vəkili Elçin Sadıqov məlumat verib. Mehman Hüseynov iyunun 12-si saat 18 radələrində Səbail rayon Polis İdarəsinə ifadə verməyə gəlib və 3 saata qədər dindirildikdən sonra təqsirləndirilən şəxs qismində saxlanıb.
O, Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsi ilə ittiham olunur. Vəkil Elçin Sadiqov deyir ki, 3 gün ərzində Mehman Hüseynov haqqında məhkəmə qərarının da çıxarılacağı gözlənilir:
«Bu cinayət işi saxtadır. Mehman Hüseynov özü də ifadəsində dedi ki, bu, onun jurnalist və «Eurovision» ərəfəsində «Demokratiya naminə oxu» kampaniyasında iştirakına görədir. Sifarişin də arxasında ölkə rəhbərliyi dayanır».
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə AzadlıqRadiosuna bildirmişdi ki, mayın 21-də İctimai Palata BŞİH binası qarşısında razılaşdırılmamış aksiya keçirərkən Mehman Hüseynov polis əməkdaşlarına qarşı müqavimət göstərib:
«O, ictimai qaydanı kobud surətdə pozaraq, eləcə də cəmiyyətə açıq şəkildə hörmətsizlik edərək, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədib, xuliqanlıq hərəkətlərinə yol verib. İyunun 6-da faktla əlaqədar Mehman Hüseynov barəsində Səbail rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1 maddəsi ilə cinayət işi başlanılıb».
İttiham sübuta yetirilsə, Mehman Hüseynov 1 ilədək azadlıqdan məhrum də edilə bilər.
Çox Oxunanlar
- 25-07-2022, 13:53 : Yeni təyin edilən başçılar kimlərdir? - DOSYE
Gündəm
- 15-07-2022, 17:47 : Koronavirusa yeni yoluxanların sayı açıqlandı
Xəbərlər
- 13-07-2022, 18:39 : Azərbaycanda son sutkada daha 91 nəfər koronavirusa yoluxub
Gündəm
- 26-07-2022, 11:15 : Xocəsən qəsəbəsində biabırçı mənzərə –VİDEO
Gündəm
- 18-07-2022, 15:09 : Prezidentin Gömrükdə yüksək vəzifə verdiyi Şahin Bağırov KİMDİR? - DOSYE
Gündəm
- 6-08-2022, 14:54 : “Vəhşi kişilərdən xoşum gəlir” – Aparıcı Ülvira
Müsahibə-Reportaj
- 30-07-2022, 17:06 : Azərbaycanda insanlar arasında kütləvi virus yayılıb
Müsahibə-Reportaj
- 16-07-2022, 12:53 : Tərtərdə qazilərin müraciətləri dinlənilib
Bölgə
- Dünən, 14:30 : Azərbaycanda internet bahalaşdı - QİYMƏTLƏR - VİDEO
Xəbərlər
- 14-07-2022, 18:00 : İcra başçısının Qaraağacı kəndində səyyar qəbul görüşü keçirilib
Bölgə