Bu gün prezidentlər görüşəcək
16-05-2016, 11:54
Oxunub: 4 296
Bu gün Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyan Dağlıq Qarabağ münaqişəsi zonasında 1990-cı illərin ortalarından bu yana ən qanlı döyüşlərin getdiyi aprel hadisələrindən sonra ilk dəfə görüşəcəklər
"Report" xəbər verir ki, prezidentlərin görüşü Avstriyanın paytaxtı Vyanada keçiriləcək.
Danışıqlarda vasitəçi qismində ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - Rusiya, ABŞ və Fransanın xarici siyasət idarələrinin rəhbərləri çıxış edəcəklər.
Bütün tərəflər Vyanaya gələcəklərini təsdiq ediblər.
Rusiya Xarici İşlər Nazirliyi hesab edir ki, İlham Əliyev və Serj Sarqsyanın Sergey Lavrov, Con Kerri və Jan-Mark Eyronun iştirakı ilə aparacağı danışıqlar yaranan vəziyyətdən siyasi çıxış yolunun axtarılması kursunu möhkəmləndirəcək.
Həmçinin diplomatik idarə rəhbərləri prezidentlərlə danışıqlar öncəsi bir sıra ikitərəfli görüşlər keçirməyi planlaşdırırlar. Xüsusilə Larovun Kerri ilə məzmunlu görüş keçirəcəyi gözlənilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər