Qarabağ bloku Ştrasseri dəstəklədi
28-06-2012, 14:35
Oxunub: 2 746
Qarabağ bloku İdarə Heyətinin növbəti həftəlik toplantısı keçirilib.
Bolgexeber.com-un məlumatına görə, toplantıda Respublikada ictimai-siyasi vəziyyət və təşkilati məsələlərə dair müzakirələr aparılıb. Müzakirələrdə əsasən sonuncu əfv fərmanı, mülkiyyət hüququna yeni təhdidlər, Avropa Şurası və Avropa Birliyi qurumlarının fəaliyyətləri, Misirdə prezident seçkilərindən sonra yaranmış vəziyyət və digər məsələlər diqqət mərkəzində olub. Blokun İdarə Heyəti siyasi məhbusların bir hissəsinin azadlığa çıxmasına yol açmış sonuncu əfv fərmanını təqdir edib və hakimiyyəti bir daha siyasi motivlərlə həbs edilən bütün məhbusları tezliklə azad etməyə, siyasi motivlərlə həbsəalma praktikasına son verməyə çağırıb.
Avropa Şurasının hüquq məsələləri və insan hüquqları komitəsində K.Ştrasserin hesabatının təsdiq edilməsini yüksək dəyərləndirən blokun İdarə Heyəti, AŞPA-nın keçmiş prezidenti M.Çavuşoğlunun həmin müzakirələrlə bağlı neqativ fəaliyyətini pisləyib və Türkiyənin baş nazirinə və parlamentinə onun Azərbaycanda demokratiyanın inkişafına zərbə vuran fəaliyyətləri və bunun səbəbləri haqqında müraciət göndərilməsini qərara alıb.
Blokun iclasında bölgə müşavirələrinin təşkil olunması və bir sıra digər təşkilati məsələlər də müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
Çox Oxunanlar
- 25-07-2022, 13:53 : Yeni təyin edilən başçılar kimlərdir? - DOSYE
Gündəm
- 15-07-2022, 17:47 : Koronavirusa yeni yoluxanların sayı açıqlandı
Xəbərlər
- 13-07-2022, 18:39 : Azərbaycanda son sutkada daha 91 nəfər koronavirusa yoluxub
Gündəm
- 26-07-2022, 11:15 : Xocəsən qəsəbəsində biabırçı mənzərə –VİDEO
Gündəm
- 18-07-2022, 15:09 : Prezidentin Gömrükdə yüksək vəzifə verdiyi Şahin Bağırov KİMDİR? - DOSYE
Gündəm
- 6-08-2022, 14:54 : “Vəhşi kişilərdən xoşum gəlir” – Aparıcı Ülvira
Müsahibə-Reportaj
- 30-07-2022, 17:06 : Azərbaycanda insanlar arasında kütləvi virus yayılıb
Müsahibə-Reportaj
- 16-07-2022, 12:53 : Tərtərdə qazilərin müraciətləri dinlənilib
Bölgə
- Dünən, 14:30 : Azərbaycanda internet bahalaşdı - QİYMƏTLƏR - VİDEO
Xəbərlər
- 14-07-2022, 18:00 : İcra başçısının Qaraağacı kəndində səyyar qəbul görüşü keçirilib
Bölgə