BolgeXeber.Com » Siyasət » Müharibə hazırlığı start götürdü

Müharibə hazırlığı start götürdü

11-07-2012, 13:30
Oxunub: 4 243 Azərbaycan genişmiqyasli hərbi təlimlərə başladı

Azərbaycan Ordusu cəbhə bölgəsində növbəti genişmiqyaslı hərbi təlimlərə başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 9-dan başlayan təlimlər həftənin sonuna qədər davam edəcək.

Müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin komandanlığı altında keçirilən təlimə Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin şəxsi heyəti cəlb olunub.

Təlimlərdə müasir texnika və silahlardan istifadə olunacağı nəzərdə tutulur.