Rəsmi Bakı kiprli deputatın Qarabağa səfərinə münasibət bildirdi
16-07-2012, 15:30
Oxunub: 5 525
Elman Abdullayev: “Azərbaycanın icazəsi olmadan işğal altında olan ərazilərimizə edilən istənilən səfər qanunsuzdur”
“Azərbaycan bu məsələdə mövqeyi prinsipialdır. Azərbaycanın icazəsi olmadan işğal altında olan ərazilərimizə edilən istənilən səfər qanunsuzdur və bu cür qanunsuz səfər edən insanlar ölkənin suverenliyinə və ərazi bütövlüyünə qarşı hörmətsizlik etmiş olurlar”.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Kiprli deputat, Avropa Parlamentinin üzvü Eleni Feokarousun erməni işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə planlaşdırılan səfərini APA-ya belə şərh edib.
O qeyd edib ki, Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər edən bütün şəxslərin adı arzuolunmaz şəxslər siyahısına daxil edilir.
Xatırladaq ki, Kiprdə nəşr olunan “Cyprus Mail” nəşrinin məlumatına görə, Kipr Vahid Demokratik Partiyasının nümayəndəsi, Avropa Parlamentinin üzvü Eleni Feokarous Azərbaycanın Dağlıq Qarabağ bölgəsində separatçı rejimin keçirməyə hazırlaşdığı qondarma “seçkiləri” izləmək çün Xankəndinə gedəcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər