Polşalı nazir Qarabağ münaqişəsindən danışdı
18-07-2012, 16:45
Oxunub: 5 727
“Polşa Qarabağ probleminin həll olunmamasından narahatdır”
Radoslav Sikorski: “Polşa ilə Azərbaycan arasında viza rejimi aradan qalxacaq”
Elmar Məmmədyarov: “Qarabağdakı seçkilər nizamlanma prosesinə ziddir”
Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Polşanın xarici işlər naziri Radoslav Sikorski ilə görüşüb.
Görüşdən sonra hər iki nazirin iştirakı ilə birgə brifinq keçirilib. Elmar Məmmədyarov görüşdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, energetika, qaz və neft, Dağlıq Qarabağ münaqişəsi, xidməti pasport sahibləri üçün viza rejiminin sadələşdirilməsi kimi məsələlərin müzakirə olunduğunu deyib. XİN başçısı Azərbaycanla Polşa arasında əməkdaşlığın ən yüksək səviyyədə olduğunu vurğulayıb.
Polşanın xarici işlər naziri Radoslav Sikorski öz növbəsində ölkəsinin “Şərq Tərəfdaşlığı” proqramının əsas təşəbbüskarlarından biri olduğunu xatırladıb. Onun sözlərinə görə, bu proqram çərçivəsində viza rejiminin liberallaşdırılması nəzərdə tutulur və perspektivdə Azərbaycan üçün viza rejiminin tamamilə aradan qaldırılması mümkündür.
“Polşa Sərhəd Xidmətinin işinin effektivliyinin artırılmasında Azərbaycana kömək etməyə hazırdır. Ölkəmizin “Fronteks” agentliyi sərhədlərin monitorinqinin aparılmasına, Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşları üçün treninqlərin keçirilməsinə dəstək verə bilər”, - polşalı nazir söyləyib.
Onun sözlərinə görə, görüş zamanı iki ölkə arasında energetika sahəsində əməkdaşlığın inkişafı məsələsi də müzakirə olunub. O, Polşanın enerji resurslarının nəqlinin diversifikasiyasında maraqlı olduğunu deyib.
Azərbaycanın və bölgənin mühüm problemi kimi Dağlıq Qarabağ münaqişəsini də yada salan R.Sikorski vurğulayıb ki, Polşa Dağlıq Qarabağ münaqişəsinin hələ də öz həllini tapmamasından narahatdır: “Polşa Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir, qondarma “Dağlıq Qarabağ Respublikası”nı isə tanımır. Ermənistan və Azərbaycan arasında bu münaqişə həll olunmalıdır və Dağlıq Qarabağın yekun statusu müəyyənləşməlidir.
Jurnalistlərin iyulun 19-da Azərbaycanın işğal altında olan ərazilərində keçirilməsi planlaşdırılan qondarma “prezident seçkiləri” ilə bağlı sualını cavablandıran Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, bu fakt münaqişənin sülh yolu ilə nizamlanması prosesi ilə ziddiyyət təşkil edir və erməni tərəfinin qeyri-konstruktiv mövqeyini nümayiş etdirir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər