BolgeXeber.Com » Siyasət » Vəzifəsindən kənarlaşdırılan prezident istefa vermək istəmir

Vəzifəsindən kənarlaşdırılan prezident istefa vermək istəmir

9-07-2016, 10:33
Oxunub: 2 594 Vəzifəsindən kənarlaşdırılan prezident istefa vermək istəmir"Amma mən bunu heç vaxt etməyəcəyəm, çünki mənə 54 milyon insan səs verib”


Braziliya Senatı tərəfindən prezidentlik kürsüsündən müvəqqəti kənarlaşdırılan prezident Dilma Russef istefa verməyəcəyini bəyan edib.

"Xəzər Xəbər" xarici mediaya istinadən məlumat veirr ki, o, bunun səbəbini belə izah edib: “Məndən xahiş etdilər, məni razı salmaq istədilər, hətta mənə təzyiq göstərdilər ki, könüllü olaraq vəzifəmdən istefa verim. Amma mən bunu heç vaxt etməyəcəyəm, çünki mənə 54 milyon insan səs verib”.

Xatırladaq ki, mayın 12-də Senat Dilma Russefə qarşı impiçment prosedurunun davam etməsini dəstəkləyib. Buna görə də Braziliya Prezidenti müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb, onun səlahiyyətlərini isə vitse-prezident Mişel Temer yerinə yetirir. Senatorlar 180 gün ərzində impiçment təşəbbüskarlarının Prezidentlə bağlı ittihamlarını araşdıracaq. Əgər yekun səsvermədə Senatın üzvləri bu ittihamlarla razılaşarlarsa Dilma Dussef istefaya göndəriləcək, Mişel Temer isə 2018-ci ildə keçiriləcək seçkilərə qədər prezident səlahiyyətlərini icra edəcək. Senatın üzvləri ittihamlarla razılaşmayacaqları təqdirdə isə Dilma Russef vəzifə səlahiyyətlərini yerinə yetirməyə başlayacaq. Yekun qərarın avqustun sonunda veriləcəyi gözlənilir.