Prezident yüksək vəzifəli məmurlara xəbərdarlıq etdi
12-07-2016, 10:27
Oxunub: 4 320
Dövlət başçısı bildirib ki, torpaqlarla bağlı artıq arayış hazırlanıb
Nazirlər Kabinetinin ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirədəki yekun nitqində prezident İlham Əliyev kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadənin zəruriliyini bir daha vurğulayıb.
Bolgexeber.com Virtualaz.org-a istinadən xəbər verir ki, prezident AzTV ilə yayımlanan çıxışında bəzi hallarda kənd təsərrüfatı təyinatlı torpaqların hasarlandığını, istifadəsiz qaldığını bildirib. İlham Əliyevin sözlərinə görə, söhbət minlərlə hektarlıq torpaq sahələrindən gedir.
“Mən tapşırmışdım, artıq həmin torpaqlarla bağlı arayış hazırlayıb mənə təqdim ediblər. Bəzi hallarda həmin torpaqlar yüksək vəzifəli məmurlara məxsusdur, adlar var. Yaxın vaxtlarda bu məsələ ilə bağlı tədbirlər görüləcək və istifadəsiz saxlanılan torpaqlar zəbt olunacaq, kənd təsərrüfatı məqsədi ilə istifadəyə yönəldiləcək. Çünki ölkədə istifadəsiz kənd təsərrüfatı təyinatlı torpaqlar qalmamalıdır” - prezident deyib.
Ilham Əliyev bildirib ki, bu məsələdə Prezident Administrasiyası verilmiş tapşırıqları yaxşı icra edib və bölgələrdə lazım olan işləri görüb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər