BolgeXeber.Com » Siyasət » Millət vəkili jurnalistləri təbrik etdi

Millət vəkili jurnalistləri təbrik etdi

21-07-2012, 14:15
Oxunub: 3 985 Fəzail Ağamalı: “Ölkədə şəffaf mətbuatın olması məmurların da yaxşı işləməsinə rəvac verir”

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı 22 Milli Mətbuat Günü münasibəti ilə Bolgexeber.Com saytını, o cümlədən bütün mətbuat işçilərini təbrik edib.

Təbrik məktubunda millət vəkili saytın kollektivini təbrik edir və onların azad sözün müdafiəsində durmaq, paytaxt və bölgələrdəki durumun dürüst işıqlandırılması naminə göstərdikləri fəailyyətində uğurlar arzulayıb.

“Əsası “Əkinçi qəzetinin yaranması ilə qoyulan milli mətbuatımızın müstəqillik dövründəki inkişafında,sizin bugünə qədər olan zəhmətinizi yüksək qiymətləndirirəm. Mətbuatın4-cü hakimiyyət olduğunu nəzərə alaraq, sizlərin gücünə inanır və işlərinizdə bol-bol uğurlar arzulayıram. Ulu öndərimiz Heydər Əliyevin xidmətləri və onun layiqli davamçıəsı İlham Əliyev cənabları tərəfindən mətbuata göstərilən yüksək qayğı, bu gün göz önündədir. Bu xidmətləri inkar etməyin Vətənə nankorluq olduğunu da vurğulamaq yerinə düşər. Arzu edirəm ki, milli dəyərlərimiz və Azərbaycançılıq ideyalarına daim sadiq qalan yazarlar məktəbinin formalaşmasında, sizin də gündən-günə artan xidmətləriniz və uğurlarınız olsun. Əminəm ki, ölkədə şəffaf mətbuatın olması məmurların da yaxşı işləməsinə rəvac verir. Sizi bir daha, özümün və rəhbərlik etdiyim Ana Vətən Partiyası adından təbrik edir, qat-qat artıq nailiyyətlər arzu edirəm”, - deyə millət vəkili öz təbrik məktubunda qeyd edib.