BolgeXeber.Com » Siyasət » Rusiya mövqeyindən çəkilməyəcək

Rusiya mövqeyindən çəkilməyəcək

24-07-2012, 19:15
Oxunub: 5 584 Sergey Narışkin: “Rusiya bundan sonra da Dağlıq Qarabağ probleminin həllində vasitəçi olmağa hazırdır”

Rusiya mətbuatının verdiyi məlumata görə, görə, bu barədə bugüniyulun 24-də Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin Respublika Milli Elmlər Akademiyasında Ermənistan elmi ictimaiyyəti ilə görüşü zamanı çıxışında bildirib.

O, “ən çətin və həlli uzadılan münaqişələrin birində kompromisin əldə olunması üçün maksimal səylərin göstərilməsinin” vacibliyini vurğulayıb.

Narışkin qeyd edib ki, Rusiya və ATƏT-in Minsk qrupunun digər həmsədrlərinin göstərdiyi vasitəçilik səyləri “yaxın gələcəkdə münaqişə tərəflərinin qorunan qarşıdurmanı dəf etməsinə və bir-birinə güzəştə getməsinə” yönəldilib.

RF rəhbərliyinin dəfələrə kompromisin əldə olunmasında və şəffaf sülhün bərqərar olmasında yardım etmək istədiyi bildirdiyini xatırladan Parlamentin aşağı palatasının sədri qeyd edib ki, Rusiya bu mövqeyində qətidir.

“Biz ümid edirik ki, yaxın zamanlarda Dağlıq Qarabağ ətrafındakı danışıqlar prossesində müsbət irəliləyişlər qeydə alınacaq”,- Narışkin bildirib. O bir daha Rusiyanın “bu qanlı münaqişənin siyasi həllinin tapılmasında vasitəçilik etməyə hazır olduğunu” təsdiqləyib.