Artur Rəsizadənin yerinə iki namizəd var
3-08-2012, 11:30
Oxunub: 7 977
Onlardan biri Əbülfəs Qarayevdir, digəri isə Hacıbala Abutalıbov
Baş nazir Artur Rəsizadənin səhhətindəki problemlər üzündən davamlı olaraq işə çıxa bilməməsi onun əvəzlənməsini gündəmə gətirib. Baş nazirlik postuna hakimiyyət daxilində iddialılar çox olsa da, iqtidardakı əsas qruplaşma hesab edilən Paşayevlər bu vəzifəni heç bir qrupa güzəştə getmək niyyətində deyil.
Hakimiyyətdaxili mənbələrdən sızan məlumatlara görə, Paşayevlər Bakı meri postunu da ələ keçirmək niyyətindədirlər. Məlumatlarda bildirilir ki, Paşayevlər mer və baş nazirlik postu ilə bağlı iki variant üzərində düşünürlər. Birinci variant ondan ibarətdir ki, Ilham Əliyevin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov Bakı meri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə baş nazir təyin edilir. Ikinci varianta görə Bakı meri Hacıbala Abutalıbov əvvəlki postundan, yəni baş nazirin müavini vəzifəsindən bir pillə yuxarı - baş nazir təyin edilir, Bakı Şəhər Icra Hakimiyyətində çalışan və faktiki olaraq qurumu idarə edən Nərminə Isaqova paytaxtın rəhbərliyinə gətirilir. Paşayevlərin son anda bu variantlardan hansı birinə üstünlük verəcəyi bəlli deyil.
Lakin məlumatlara görə, ikinci variantın reallaşacağı istisna olunmur. Çünki Əbülfəs Qarayevin baş nazir təyin edilməsini digər qruplar qəbul etməyə bilər. O, birbaşa Paşayevlərə bağlı şəxsdir. Əli Əsədovun da bu komandada təmsil olunduğu sirr deyil. Birinci variant baş tutmayacağı təqdirdə, Paşayevlər baş nazirlik postunun digər qrupların əlinə keçməsindənsə Hacıbala Abutalıbov kimi iddiasız bir məmurun bu vəzifəyə gətirilməsini təmin edərlər. Digər qruplaşmalar da Hacıbala Abutılabovun baş nazirliyi ilə razılaşa bilər. (azadliq.info)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər