“Ərdoğanın Bakı səfərində mühüm ortaq qərarlar veriləcək”
11-08-2012, 13:50
Oxunub: 5 706
Zərdüşt Əlizadə: “Ankara heç vaxt Qarabağ məsələsinə kənardan baxa bilməz”
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin ilkin tarixi açıqlanıb. Diplomatik mənbələrdən verilən məlumata görə, Ərdoğanın səfəri sentyabrın 11-12-nə nəzərdə tutulub. Səfərin məqsədi Azərbaycan-Türkiyə Strateji Tərəfdaşlıq Şurasının növbəti iclasında iştirak etməkdir. Hazırda Şuranın iclası ilə bağlı müvafiq sənədlərin hazırlanması işi aparılır.
Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlıq və qarşılıqlı yardım haqqında razılaşma Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Abdulla Gül tərəfindən 2010-cu il avqustun 16-da İstanbulda imzalanıb.
Politoloq Zərdüşt Əlizadə hesab edir ki, bölgədəki vəziyyətin qeyri-sabit olduğunu və iki ölkə arasındakı münasibətlərin də yüksək səviyyədə olduğunu nəzərə alsaq, Ərdoğanın Bakı səfərinə ciddi gözləntilər bəsləmək olar.
O qeyd etdi ki, səfər zamanı dövlət başçılarının görüşündə həm siyasi, həm də iqtisadi məsələlər müzakirə olunacaq, regionun taleyi ilə bir sıra vacib qərarlar qəbul olunacaq.
“Bu dövlətləri birləşdirən bir çox vacib məqamlar var. Xüsusilə də, Qarabağ münaqişəsinin həllində Türkiyə Azərbaycan qədər maraqlı dövlətdir. Türkiyəni danışıqlardan nə qədər uzaqlaşdırmağa çalışsalar da, Ankara heç vaxt Qarabağ məsələsinə kənardan baxa bilməz. Əvvəla, Türkiyəni prosesdən kənarlaşdırmaq üçün, ilk növbədə xəritəni dəyişmək lazımdır. Çünki bu münaqişə Türkiyənin qonşuluğunda baş verir. Digər tərəfdən isə regionun xüsusi çəkisi olan dövləti kimi, istənilən qərarın qəbul edilməsi zamanı rəsmi Ankara ilə hesablaşmaq lazımdır. Ərdoğan dəfələrlə vurğulayıb ki, Dağlıq qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı və Ermənistan tərəfindən işğal olunmuş torpaqlar boşaldılmalıdır”.
Z.Əlizadənin sözlərinə görə, əgər Azərbaycan qəti addım ataraq müharibəyə başlasa belə, Türkiyə bu prosesdən kənarda qalmayacaq: “Türkiyə hələ 1990-cı illərin əvvəllərindən bu müharibəyə cəlb olunub, indi onun neytral bir mövqe tutacağı inandırıcı görünmür. Türkiyə bu münaqişənin tez bir zamanda həllində maraqlıdır. Lakin Azərbaycan bəzi səbəblərə görə tələsmir. Sözügedən səfərdən sonra Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün baş tutacağını də qeyd etmək yerinə düşər. Belə olduğu halda, mən əminəm ki, İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan arasında ciddi müzakirə və məsləhətləşmələr aparılacaq. Bu istiqamətdə ciddi ortaq qərarlar qəbul olunacaq. Ola bilsin ki, Azərbaycan XİN başçısı Elmar Məmmədyarovun danışıqlarda göstərəcəyi mövqeyin də formalaşmasında Ərdoğanın səfərinin töhfəsi olsun, razılaşdırılmış bir sıra məqamlar Qarabağ danışıqlarında da özünü ehtiva etsin”.
O, həmçinin regiondakı bir sıra vacib iqtisadi məsələlərin və mühüm enerji layihələrinin ətrafında da müzakirələrin gedəcəyini ististna etmir.
“Həmçinin İranla bağlı məsələlərdə də müəyyən fikir mübadiləsi aparıla bilər. Burada əsas məsələ regionda gedən proseslərdə Azərbaycanın təhlükəsizliyini təmin etməkdən ibarətdir. Bu istiqamətdə Türkiyənin də müəyyən narahatlığı olduğundan, rəsmi Ankaranın əsas tərəfdaşı ilə məsləhətləşmələr aparması müstəsna əhəmiyyət daşıyır”, - deyə politoloq Zərdüşt Əlizadə əlavə etdi.
Rüfət
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər