İranın Azərbaycana ümidləri var
27-08-2012, 19:30
Oxunub: 5 923
Ramin Mehmanpərəst: “İki ölkə arasında mövcud olan anlaşılmazlıqlar həllini tapmaqdadır”
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst deyib ki, Azərbaycan Respublikası Qoşulmama Hərəkatına üzv ölkələrin Tehranda keçirilən XVI zirvə toplantısında ən yüksək səviyyədə təmsil olunacağına ümid edir.
İranın İRİB agentliyinin yaydığı məlumata görə, R. Mehmanpərəst bildirib ki, Azərbaycan Respublikasının işçi qrupu hazırda Tehrandadır: “Qərb mediası tərəfindən bəzi məsələlərin şişirdilməsi və şayiələrin yayılması region ölkələri arasındakı yaxın münasibətlərə zərər vermək məqsədi daşıyır. Son zamanlar İran və Azərbaycan Respublikası rəsmiləri arasında aparılan danışıqlar, müsbət atmosferdə keçirilən görüşlər media tərəfindən qaranlıq məqam kimi təqdim edilən bir çox məsələlərə aydınlıq gətirilib. İki ölkə arasında mövcud olan anlaşılmazlıqlar həllini tapmaqdadır. Ümid edirik ki, bundan sonra iki ölkə arasında münasibətlər daim inkişaf edəcək”.
R. Mehmanpərəst əlavə edib ki, Tehran sammitdə 2 kral, 27 prezident, 8 baş nazir, 6 xüsusi nümayəndə, 25 xarici işlər nazirinin iştirakı dəqiqləşib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər