Azərbaycanda partiya sədrinin müavini həbs olundu
30-08-2012, 12:45
Oxunub: 6 058
İki ay əvvəl azadlığa buraxılmış Arif Qaniyev yenidən saxlanılıb
Azərbaycan İslam Partiyası sədrinin təşkilat məsələləri üzrə müavini Arif Qəniyev cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə haqqında qərar ləğv edilərək yenidən həbs olunub.
Dünən Şirvan Rayon məhkəməsində Azərbaycan İslam Partiyası sədrinin təşkilat məsələləri üzrə müavini Arif Qəniyevin növbəti məhkəmə iclası keçirilib. Məhkəmə A. Qəniyevlə bağlı cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə haqqında qərarı ləğv edərək, cəzasının yerdə qalan hissəsini cəzaçəkmə müəssisəsində keçirməsi haqqında qərar qəbul edib.
Arif Qəniyevin azadlığa buraxılması ilə bağlı məhkəmə qərarı bu il iyunun 5-də qəbul edilib və iyunun 6-da islamçı azadlığa çıxıb.
Xatırladaq ki, A.Qəniyev Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham olunub. Yanvarın 26-da Sumqayıt Şəhər Məhkəməsi onu 1 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Arif Qəniyev birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verməyib. O, Salyandakı 5 saylı cəzaçəkmə müəssisəsində saxlanırdı (İslaminsesi.az).
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər