Obama İŞİD-in yaranma səbəbini açıqlayıb
7-12-2016, 09:31
Oxunub: 4 048
ABŞ prezidenti Barak Obama hesab edir ki, İŞİD qruplaşması ilə mübarizədə ABŞ hakimiyyəti 2003-cü ildə İraqa hərbi müdaxilə zamanı yol verdiyi səhvləri təkrarlamayıb
“İŞİD-in hərəkətlərinə cavab tədbirləri ilə bağlı qərar verilərkən biz 2003-cü ildə İraqa müdaxilə zamanı buraxdığımız bəzi səhvləri təkrarlamaqdan imtina etdik. Məhz həmin səhvlər sonradan İŞİD-ə çevrilən təşkilatın formalaşmasına kömək etdi”, - deyə Obama Floridada terrorla mübarizə mövzusunda çıxışı zamanı bildirib.
O qeyd edib ki, 2014-cü ildən bu vaxtadək əsas üstünlük, ilk növbədə, İŞİD-lə mübarizə aparan İraqın milli birlik hökumətinə dəstəyə verilir: “Bundan başqa, ABŞ, İraqın qonşuları da daxil olmaqla, 60 ölkənin qoşulduğu koalisiya yaradıb”.
“Bundan sonra biz, ABŞ batalyonları ilə yox, yerli birləşmələrin vasitəsilə Suriya və İraqda terrorçularla mübarizəyə başladıq. Biz onlara avadanlıqlar, müşavirlər və xüsusi təyinatlılarla yardım edirik”, - deyə Obama qeyd edib.
Onun sözlərinə görə, koalisiya terrorçulara artıq 16 mindən çox zərbə endirib, on minlərlə yerli döyüşçüyə yardım göstərilib, İŞİD-in nəzarətində olan ərazilərin yarıdan çoxu azad edilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər