Qlobal Maqnitski Aktı qəbul edildi: - bütün ölkələrə təsiri olacaq
9-12-2016, 13:13
Oxunub: 4 684
ABŞ Konqresi Qlobal Maqnitski İnsan Haqları Cavabdehliyi Qanununu (Global Magnitsky Human Rights Accountability Act) qəbul edib
Yeni qanun 2012-ci ildə qəbul edilmiş Maqnitski İnsan Haqları qanunun təsir dairəsini qloballaşdırır. Başqa sözlərlə 2012-ci il tarixli qanun yalnız Rusiya vətəndaşlarına şamil edilə bilərdi, lakin dekabrın 8-də qəbul edilmiş qanun onun təsir dairəsini potensial olaraq hər bir ölkəyə yayır.
Bu qanun Amerika prezidentinə insan haqlarını pozmuş və ya korrupsiyaya bulaşmış xarici rəsmilərə viza verilməsindən imtina etmək və onların ABŞ-dakı aktivlərini dondurmaq səlahiyyəti verir. Qanun habelə kimlərə sanksiyalar qoyulması barədə qərar qəbul edərkən prezidenti QHT-lərin rəylərini nəzərə almağa yönəldir.
Bu halda prezident sanksiyalarla hədəflənmiş fərdlərin adlarını açıqlamağa borcludur. ABŞ-da mənzillənmiş Freedom House bu qanunun qəbulu ilə bağlı bəyanat verib. Təşkilatın prezident əvəzi Daniel Calingaert deyib ki, Birləşmiş Ştatların tarixində ilk dəfə olaraq insan haqları cinayətləri törədənlərdən haqq-hesab çəkən və gələcəkdə bu cür cinayətlərin törədilməsinin qarşısını ala biləcək qanunvericilik aktı qəbul edilib.
Freedom House Konqresi bu aktın qəbulu münasibətilə təbrik edib və prezidenti bu qanununu tez bir zamanda təsdiqləməyə çağırıb. Qlobal Maqnitski İnsan Haqları Cavabdehliyi Qanununun həmtəşəbbüsçüləri olaraq senatorlar Con Makkeyn və Ben Kardinin, habelə konqresmen Kristofer Smitin adları çəkilir. (“Azadlıq” radiosu)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər