Prezident Ramil Səfərova böyük önəm verir
2-09-2012, 19:20
Oxunub: 5 295

Macarıstandan Azərbaycana gətirilən və Azərbaycan Respublikası prezidenti İlham Əliyev tərəfindən əfv olunan Azərbaycan ordusunun zabiti Ramil Səfərovla bağlı Milli Məclisin üzvü Nəriman Əliyev “Bolgexeber.com”a bildirib ki, Ramil Səfərovun Azərbaycan xalqı və dövləti qarşısında etdiyi fədakarlıq tarixlər boyu səslənəcək:
“Təbii ki, ölkə prezidenti,Ali Baş Komandan İlham Əliyevin Ramil Səfərovun Macarıstandan Azərbaycana gətirliməsi yönündə atdığı addımlar, onu əfv edərək bütün Azərbaycan xalqını sevindirməsi, bunun ardınca Müdafiə Naziri cənab Səfər Əbiyevin onu qəbul edərək yenidən ordu sıralarında bir zabir kimi fəaliyyəti üçün mayor rütbəsi ilə qiymətləndirməsi mühüm hadisədi və bu Azərbaycan xalqının yaddaşından silinməyəcək”. Millət vəkili ABŞ prezidenti Barak Obama və ABŞ Konqresi və Dövlət Deportamenti tərəfindən səslənən fikirlərə də münasibətini bildirdi.
“Çox maraqlıdır ki, ABŞ prezidenti Azərbaycan ordusunun zabitinin ölkə prezidenti tərəfindən əfv olunmasına niyə və hansı səbəbdən bu şəkildə münasibət bəyan edir. Barak Obama Ermənistanın Xocalıda həyata keçirdiyi soyqırımla bağlı bu günə kimi bir kərə də olsun münasibət açıqlamayıb.Yaxutta ədalətdən və demokratiyadan. Insan haqlarından danışan Avropa, necə olur ki, 74 nəfəri qətlə yetirən və 21 illik həbs çəzasına çatdırılan bir qatilə göz yumur,amma məsələ erməni məsələsi olanda anındaca müxtəlif fikirlərlə ortaya çıxırlar.Burda artıq özlərini demokratik dünyanın,insan haqlarnının qorutyucusu rolunda göstərənlərin ikili siyasətləri ortaya çıxır. Ramil Səfərov bir Azərbaycan zabiti olaraq xalqına məxsus.dövlətinə məxsus bayrağın təhqir olunmasına dözməyərək bu addımı atmışdı.Bunun cəzası isə ömürlük ola bilməzdi. Macarıstan məhkəməsi erməni diasporasının qarşısında məğlub olaraq belə bir qərar vermişdi.Bu gün isə onlar verdiklri qərarın yanlış olduğunun fərqinə vardıqları üçün, Azərbaycan dövlətinin ortaya qoyduğu əasalı faktlar qarşısında geri çəkilib Ramilin Azərbaycana gətirilməsinə razılıq verdilər”. N.Əliyev bildirdi ki, bu gün təkcə Ramilin ailəsində deyil bütün ölkədə sevinc yaşanır.
“Mən Ramili və onun ailəsini təbrik edirəm, Mən cənab president İlham Əliyevin bu addımını xalqımıza bəxş olunan yeni bir bayram kimi dəyərləndirirəm”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər