Müxalifətin mitinqinin vaxtı açıqlandı
26-09-2012, 13:25
Oxunub: 5 181
İctimai Palata oktyabr ayında etiraz aksiyalarına başlamaq istəyir
Siyasi müstəvidə uzun sürən durğunluqdan sonra müxalifət yenidən aktiv fəaliyyətini nümayiş etdirmək üçün kütləvi aksiyalara başlayır. Bu barədə Müsavat başqanın müavini Arif Hacılı məlumat verib. Partiya rəsmisi bildirib ki, artıq aksiyaların keçirilmə vaxtı da müəyyəm edilib: “Mən belə aksiyaların oktyabr ayında başlanacağını istisna etmirəm. Çox güman ki, oktyabr ayında biz yenidən aksiyalara başlayacağıq. Biz bu istiqamətdə hazırda müzakirələrimizi davam etdiririk, əgər aksiyalarla bağlı yekun qərar qəbul olunsa, ən qısa zamanda hazırlıq işləri həyata keçirələcək. Bununla bağlı lazım olarsa, Bakı şəhər İcra Hakimiyyətinə müraciət də edəcəyik”.
Beləliklə, İctimai Palata “Eurovision” mahnı müsabiqəsi ərəfəsində həyata keçirdiyi silsilə aksiyalardan sonra yenidən siyasi aktivliyini bərpa etmək niyyətindədir. Bu istiqamətdə 2013-cü il prezident seçkiləri öncəsi kütləvi aksiyaların keçiriləcəyi istisna edilmir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər